Oğlunu xilas etmək üçün nəvəsini küçədə satacaqdı - Foto
Bizi izləyin

Dünya

Oğlunu xilas etmək üçün nəvəsini küçədə satacaqdı - Foto

Oğlunu xilas etmək üçün nəvəsini küçədə satacaqdı-Foto

Çində baş verən hadisə hər bir insanı və ən əsası, anaların ürəyini lərzəyə salıb. Belə ki, çinli nənə küçədə öz 8 yaşlı nəvəsini satmaqla qan xərçəngindən əziyyət çəkən oğlu üçün pul toplamaq istəyib.

57 yaşlı qadının 30 yaşlı oğluna leykemiya diaqnozu qoyulanda çarəsiz ana onun müalicəsi üçün küçədə dilənib. Ailə xəstənin həyatının xilası üçün 16 min dolları öz sərvətindən, 32 min dolları isə borc alaraq xərcləyib. Qan xərçəngindən əziyyət çəkən Dusainin xilası üçün hələ 50 min dollar da tələb olunub.

Dusainin həyat yoldaşı və anası olan-qalan bütün mülkü satıb, dostlardan borc aldıqdan sonra tələb olunan məbləği hələ də əldə edə bilməyib. Çarəsiz ana son məqamda nəvəsini satmaq niyyətinə düşüb. Qadının bu niyyəti polis tərəfindən aşkarlanıb, lakin ölkənin bir sıra iş adamları bu haqda xəbər tutduqdan sonra Dusainin xilası üçün ailəyə baş çəkib.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm