500 çadır sifariş verildi - Yeni Maydan başlanır
Bizi izləyin

Dünya

500 çadır sifariş verildi - Yeni Maydan başlanır

Keçmiş baş nazir Yuliya Timoşenkonun lideri olduğu “Batkivşina” Partiyası payızda Kiyevdə genişmiqyaslı etiraz aksiyalarını keçirməyə hazırlaşır.

Keçmiş baş nazir Yuliya Timoşenkonun lideri olduğu “Batkivşina” Partiyası payızda Kiyevdə genişmiqyaslı etiraz aksiyalarını keçirməyə hazırlaşır.

Publika.az xəbər verir ki, bu haqda şəxsi mənbələrə istinadən “Apostrof” nəşri bildirib.

Bildirilir ki, kommunal xidmətlərə görə tətbiq olunan yüksək tariflər etirazların əsas səbəbi olacaq.

“Fəaliyyəti Yuliya Timoşenko ilə bağlı olan ictimai təşkilatlar kütləvi aksiyalardan sonra istifadə edilməsi üçün 300-dən 500-ə qədər çadır alıblar. Onlar 1 oktyabra tam hazır olmalıdır”, - nəşr yazıb.

Nəşrin məlumatına görə, etiraz aksiyalarının əsas məqsədi əvvəlcə növbədənkənar parlament, daha sonra isə prezident seçkilərinin keçirilməsinə nail olmaqdır.

“Batkivşina” lideri tez-tez indiki hakimiyyətin tənqidi ilə çıxış edir. Timoşenko sentyabrın 19-da bildirib ki, Lvov sakinləri Maydan nəticəsində Ukraynada hakimiyyətə gəlmiş siyasətçilərə görə məyus olub. O, vurğulayıb ki, Ukraynanın qərbində ölkənin keçmiş prezidenti Viktor Yanukoviç haqqında fikirlər müsbətə doğru dəyişməyə başlayıb.

Siyasətçi əlavə edib ki, ukraynalılar Kiyev hakimiyyətinin indiki siyasətini “sistem soyqırımı” hesab edirlər.

“Əgər Qaliçinada belə düşünürlərsə, onda özünüz təsəvvür edə bilərsiniz, başqa regionların sakinlərini nə düşünürlər?” – o, deyib.

Qeyd edək ki, 2013-cü ilin sonunda başlanan Maydan aksiyaları 2014-cü ilin fevralında hakimiyyət dəyişikliyi ilə nəticələnib. Qarşıdurmalar zamanı 106 insan həlak olub. Keçmiş prezident Viktor Yanukoviç Moskva tərəfindən Rusiyaya qaçırılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm