Rusiya ordusu geri çəkildi - Rəsmi
Bizi izləyin

Dünya

Rusiya ordusu geri çəkildi - Rəsmi

Rusiya ordusu geri çəkildi-Rəsmi

Ukrayna ilə sərhəddə təlimlərdə iştirak edən Rusiya hərbi qruplaşmaları dislokasiya olunmuş ərazilərə qaytarılıb.

Publika.az – ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya müdafiə naziri Sergey Şoyqu ABŞ müdafiə naziri Çak Hegel ilə telefon söhbətində bildirib.

ABŞ və Rusiya müdafiə nazirləri arasında telefon söhbəti dünən baş tutub. S.Şoyqu qeyd edib ki, Ukraynanın şərq bölgələrindəki vəziyyət Rusiya tərəfini genişmiqyaslı hərbi təlimlərə başlamağa məcbur edib. O, həmçinin Rusiya diversiya-kəşfiyyat qruplarının Ukrayna ərazisində olması barədə informasiyaları təkzib edib.

Rusiya müdafiə naziri qeyd edib ki, Ukrayna hakimiyyəti son vaxtlar ölkənin cənubi-şərqində təxminən 80 tank, 130-dan çox piyada döyüş maşını və zirehli avtomobil, ən azı 60 artilleriya topu və minaatan cəmləyib. “Müntəzəm olaraq döyüş aviasiyası cəlb edilir. Ukrayna hərbçilərin buradakı sayı 15 minə çatır. Bütün bunlar Ukraynanın özünün dinc əhalisinə qarşıdır”, - S.Şoyqu amerikalı həmkarının diqqətinə çatdırıb.

Xatırladaq ki, Ukrayna ilə həmsərhəd rayonlarda Rusiya hərbi qruplaşmaların hərbi təlimləri 24 Apreldə başlamışdı.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm