Putin Trampla işləməyə hazır olduğunu açıqladı – CANLI YAYIM
Bizi izləyin

Dünya

Putin Trampla işləməyə hazır olduğunu açıqladı – CANLI YAYIM

O, Rusiyanın öz məsuliyyətini anladığını qeyd edib.

“Biz qarşılıqlı maraqlar çərçivəsində Amerikanın yeni administrasiyası ilə əməkdaşlığa hazırıq. Biz dünyanın təhlükəsizliyi üçün ümumi məsuliyyət daşıyırıq”.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Federasiyasının prezidenti Vladimir Putin Federasiya Şurasına ənənəvi müraciətində deyib.

O, Rusiyanın öz məsuliyyətini anladığını qeyd edib.

“Rusiyanın aktiv şərq siyasəti uzunmüddətli milli maraqlara uyğunlaşdırılıb. Bu siyasət bugünkü konyunktura ilə diktə edilməyib, yaxud ABŞ və Avropa İttifaqı ilə münasibətlərin soyuması ilə bağlı deyil. Bu, milli maraqlara və dünyanın inkişaf tendensiyalarına uyğundur”, - deyə o bildirib.

Rusiya prezidenti əlavə edib ki, ordu və donanma Suriyada sübut etdi ki, uzaq yerlərdə də effektiv işləyə bilər: “Terrorçular böyük itkilərlə üzləşəcək”.

O, Rusiya əsgərlərinə də təşəkkür edib.

***

"Rusiya xarici bazarlar üçün daha aktiv mübarizə aparmağa məcburdur”.

Publika.az
xəbər verir ki, bu barədə Rusiya Federasiyasının prezidenti Vladimir Putin Federasiya Şurasına ənənəvi müraciətində deyib.

V.Putin hökumətə 2025-ci ilə qədər iş planını hazırlamaq tapşırığını verib.

Rusiya prezidenti Qərbin sanksiyalarına da toxunub.

“Şərq olmasa xeyir olmaz. Biz bu sanksiyalara qarşı öz müdafiəmizi qurduq. Rusiyanın cavabları kənd təsərrüfatı istesahlçılarına kömək etdi. Lakin bu vəziyyət əbədi belə davam etməyəcək”, - deyə o bildirib.

Putin məmurları da sərt tənqid edib və onları kabinetdə gizləməməyə çağırıb: “Kabinetlərdə gizlənməyin, çölə çıxın və xalqla ünsiyyət qurun. Nə vəzifə, nə də əlaqələr hakimiyyət nümayəndələrinin çirkli işlərə qarışmasına əsas verməlidir”.

***

“Dünyada siyasi çatların, milli, dini münaqişələrin yaranması narahatlıq yaradır”.

Publika.az
xəbər verir ki, bu barədə Rusiya Federasiyasının prezidenti Vladimir Putin Federasiya Şurasına ənənəvi müraciətində deyib.

Putin qeyd edib ki, hansı nəticələrin “böyük sarsıntılar”a apardığını yaxşı bilirlər: “Bizə tarixi dərslər lazımdır, hər şeydən əvvəl sülh üçün. Heç kim başqasına açıq düşünməyi qadağan edə bilməz. Əgər kimsə özünü daha ziyalı hesab edirsə, o başqa insanlara da hörmət etməlidir”.

Putin Rusiyanın vahidliyindən də danışıb.

“Biz bir vahid xalqıq və bizim yalnız bir Rusiyamız var”, - deyə o bildirib.

Rusiya prezidenti ölkədə tibbi xidmətlərin yüksəldilməsinə də toxunub.

Qeyd edib ki, bununla bağlı bir sıra işlər görülüb, lakin səhiyyədə bir sıra problemlər qalır: “Biz doğum əmsalının Avropa ölkələrindən yuxarı olmasına nail olduq”.

V. Putin Rusiyada təhsil sistemindən danışarkən, gənclərə inandığını qeyd edib: “Gənc nəsildə Rusiyanın etibarlı dayağını görürəm”.

***

Rusiya prezidenti Vladimr Putin Federasiya Şurasına müraciət edir.

Publika.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, Federasiya Şurasına ənənəvi müraciət radio və televiziya vasitəsilə birbaşa translyasiya edilir.

Prezident çıxışının əvvəlində bildirib ki, bu dəfə daha çox iqtisadiyyat, sosial məsələlər və daxili siyasətə diqqət ayıracaq.

Ömər,

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm