300 nəfərlik gəmidə yanğın baş verdi
Bizi izləyin

Dünya

300 nəfərlik gəmidə yanğın baş verdi

300 nəfərlik gəmidə yanğın baş verdi

Böyük Britaniyanın Düvr limanında duran gəmidə yanğın baş verib.

Teleqraf.com-un İngiltərə mətbuatına istinadən verdiyi xəbərə görə, hadisə zamanı 10 nəfər xəsarət alıb. Gəminin göyərtəsində 300 nəfərin olduğu bildirilir.

Gəmi La-Manş boğazı ilə Fransa və Böyük Britaniya arasında hərəkət edir. Xəsarət alanlardan 5 nəfər ekipaj üzvü, 5 nəfər isə sərnişin olub. Şahidlərin sözlərinə görə, yanğın gəminin mühərrik şöbəsində baş verib.

Hadisənin başvermə səbəbi araşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm