Marixuana üçün keçirilən aksiya qarşıdurma ilə başa çatdı
Bizi izləyin

Dünya

Marixuana üçün keçirilən aksiya qarşıdurma ilə başa çatdı

Marixuana üçün keçirilən aksiya qarşıdurma ilə başa çatdı.

“Ağ səs-küy” ictimai hərəkatının nümayəndələri Gürcüstan parlamentinin binası qarşısında marixuananın qanuniləşməsi tələbi ilə aksiya keçiriblər.

Publika.az “İnterfaks” agentliyinə istinadən xəbər verir ki, aksiya polislə qarşıdurma ilə başa çatıb.

Yüngül narkotiklərin qanuniləşməsi tələbi ilə keçirilən aksiya insan hüquqlarının müdafiəsi üzrə beynəlxalq günə uyğunlaşdırılmışdı. Aksiya “Dekriminalizasiya 2016” şüarı altında keçirilib. Onun iştirakçıları bildiriblər ki, Gürcüstanda mövcud olan narkosiyasət insan hüquqlarını məhdudlaşdırır və buna görə də parlament bu sahədə qanunvericiliyi liberallaşdırmalıdır.

“Ağ səs-küy” hərəkatının fəallarından biri olan Keta Qabuniya jurnalistlərə bildirib ki, aksiyada 3 mindən çox insan iştirak edib. Onun sözlərinə görə, hakimiyyət onların tələblərinə qulaq asmasa və narkosiyasətini dəyişdirməsə, aksiyalar daha radikal xarakter alacaq.

Rəsmi məlumatlara əsasən, ölkədə hər 10 min nəfərdən 29-u narkomandır. Onlardan yalnız kiçik hissəsi (11,5 faiz) müalicə alır. Qeyri-rəsmi məlumatlara əsasən, ölkənin 3,73 milyon əhalisindən 100 mindən 200 minə qədəri marixuana istehlakçısıdır.

Daha əvvəl Gürcüstanın “Qirçi" müxalifət partiyası ölkədə şəxsi ehtiyaclar üçün marixuananın leqallaşdırılmasını tələb edib. Partiyanın lideri Zurab Çaparidze bildirib ki, partiyası Gürcüstanda narkosiyasətin dəyişikliyi üçün mübarizə aparır: “Biz bunun üçün indiki parlamentdə bütün mümkün alətlərdən istifadə etdik, amma parlament əksəriyyətinin əks iradəsi ilə qarşılaşdıq. Qanunvericilik Gürcüstanda on minlərlə insanın qurban olmasına gətirib çıxardı”.

O, xatırladıb ki, gürcü qanunvericiliyi üzrə marixuananın istifadəsinə görə beş il müddətinə qədər azadlıqdan məhrum edilmə cəzası nəzərdə tutulub.

“Biz gələcək parlamentə və hökumətə müraciət edirik: qanunvericiliyi dəyişdirmək, şəxsi məqsədlər üçün marixuananı leqallaşdırmaq lazımdır. Əgər hakimiyyət Yeni ilə kimi bizim tələblərimizə reaksiya verməsə, bizimlə birlikdə olan istənilən telekanalın birbaşa yayımında Yeni il öncəsi bir dəqiqə ərzində partiyamızın ofisində həddi-büluğa çatmış, bizi dəstəkləyənlərlə birlikdə marixuana əkəcəyik”, - Çaparidze bildirib.

Siyasətçi qeyd edib ki, öz tərəfdarları ilə bu addımı qəsdən atır: “Çünki gürcü qanunvericiliyinə görə marixuananın becərilməsi 6 ildən 12 ilə qədər cəza nəzərdə tutur. Biz bu addıma gedəcəyik, çünki bizim üçün başqa yol qoymadılar”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm