“Trampın arvadına qarşı...” - Ekspert Tramp və Klintonun bədən dilini açdı - - FOTOLAR - VIDEO
Bizi izləyin

Dünya

“Trampın arvadına qarşı...” - Ekspert Tramp və Klintonun bədən dilini açdı - - FOTOLAR - VIDEO

Ekspertin şərhi birmənalıdır: “Qeyri-səmimidir”.

ABŞ-ın 45-ci prezidenti Donald Trampın inaqurasiyasında hörmətli qonaqlar kameralara işləməyə çalışırdılar. Demək olar ki, hamı gülümsəyirdi. Amma maskanın altında həqiqi hisləri gizlətmək çətindir.

Publika.az xəbər verir ki, “Daily Mail” portalına danışan bədən dili üzrə mütəxəssis Patti Vud mərasim iştirakçılarının daxilində baş verənlərlə bağlı fikirlərini bildirib.

Məsələn, ABŞ-ın keçmiş dövlət katibi, prezident seçkilərində Donald Trampa məğlub olan Hillari Klinton çox sakit görünməyə çalışırdı. O, son zamanlarda olduğundan daha gümrah və yaxşı görünürdü. Klinton tamaşaçıya özünü göstərməyə çalışır, dərin ah çəkir və sonra dayanır. Vud hesab edir ki, əslində bu baş verənlər qarşısında qorxmağın tipik əlamətləridir. Sonra Hillari özünün standart sxeminə keçir: uzağa baxır və üzünə çox geniş təbəssüm qondurur. Ekspertin şərhi birmənalıdır: “Qeyri-səmimidir”.

Amma Obama cütlüyündə hər şey tamamilə əksinədir. Onların arasında qarşılıqlı anlaşma var. Vud əmindir ki, bu, Trampla onun xanımı Melaniyada yoxdur. Vud bildirir ki, günün qəhrəmanı - Donald Tramp əsl eqoistdir. Ən azından, Melaniya ilə bağlı. Tramp avtomobilindən çıxıb Obama və Mişellə görüşmək üçün pilləkənlə çıxır. Lakin o, bunu Melaniyanı gözləmədən və hətta xanıma baxmadan edir.

“Trampın davranışı göstərir ki, onun arvadına qarşı hisslərində xüsusi hörmət və ya istilik yoxdur”, - deyə ekspert bildirib.

Amma Barak Obama və Donald Trampın münasibətlərində hər şey bərabərdir. Ekspert əmindir ki, onların ikisi də kifayət qədər zəiflədilib və bir-birinə qarşılıqlı hörmət göstərirdilər.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm