"QƏRB ƏMƏLİYYATI" başladı
Bizi izləyin

Dünya

"QƏRB ƏMƏLİYYATI" başladı

İraq hərbçiləri artıq 3 aydır onları mühasirədə saxlayırlar.

İraqın baş naziri Heydər əl-Abadi Mosulun qərb hissəsinin İŞİD terror qruplaşmasından azad edilməsi əməliyyatının başladığını bildirib.

Publika.az xəbər verir ki, şəhərin qərb hissəsi silahlıların nəzarəti altındadır. İraq hərbçiləri artıq 3 aydır onları mühasirədə saxlayırlar.

"Baş nazir Mosulun qərb hissəsinin azad edilməsi uğrunda əməliyyatın başlanması barədə bəyan edib" – deyə agentlik baş nazirin mətbuat xidmətinin məlumatından sitat gətirib.

Mosulun şərq hissəsi ötən ilin oktyabrında İŞİD-dən azad edilib. (report)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm