Dünya
Qaçqınlar ağızlarını tikib aksiya keçirdilər (13+ FOTOLAR)
Türkiyədə əfqanıstanlı qaçqınlar maraqlı və bir o qədər də dəhşətli aksiya təşkil ediblər.
Ankarada əfqan qaçqınlar BMT-nin Qaçqınlar üzrə
Ali Komissarlığının qarşısında mühacirlik hüquqlarının təmin
edilməsi tələbi ilə ağızlarını iynə və sapla tikərək aksiya
keçiriblər.
Əfqanıstandakı döyüşdən qaçıb Türkiyənin müxtəlif
şəhərlərində yerləşən əfqan qaçqınlar aksiyada əllərində "Siz heç
vətəniniz var ikən, vətənsiz qaldınız?", "Bütün insanlar
bərabərdir", "Yemək yox, içmək yox, yaxşı nəticələr gözləyirik"
şüarları yazılmış plakatlar saxlayıblar. Onlar bu müsajlarını
dünyaya çatdırmaq üçün həmin şüarları Türkiyə türkcəsində və
ingiliscə yazıblar.
Aksiya keçirildiyi üçün bina qarşısında yüksək
təhlükəsizlik tədbirləri görülüb.
"Sənədlərimizə baxılmır. Digər qaçqınlar 6 ay
burada qalıb, sonra 3-cü ölkəyə gedirsə, biz niyə 6 il burada
qalırıq? BMT-dən haqlarımızı istəyirik." - deyə əfqan qaçqınlar öz
iradlarını yazılı şəkildə bildiriblər.
Qeyd edək ki, aksiyaçıların ağızlarını tikərək
aksiya keçirmələrinə səbəb isə rəsmi qurumların onların səslərini
eşitməməsinə mesajdır./anspress
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı