• USD 1,7001 0,00% EUR 2,0087 0,00%
    • GBP 2,2277 0,00% RUB 0,0296 0,00%

Aya qayıdış, Marsın işğalı... - ABŞ kosmosda İMPERİYA QURMAĞA BAŞLAYIR

  • Dünya
  • 5 Mart 2017 11:55
  • 1 349 Baxış
Aya qayıdış, Marsın işğalı... - ABŞ kosmosda İMPERİYA QURMAĞA BAŞLAYIR

Senator Con Kornin və Nümayəndələr Palatasının üzvü Con Kalberson 2017-ci il yanvarın 24-də ABŞ Konqresinə Amerika Milli Kosmik Agentliyinin (NASA) strateji təşəbbüslərini nəzərdə tutan qanun layihəsini daxil etdilər. Texas ştatından olan respublikaçılar demək olar ki, ölkənin hər yeni prezidentinin seçilməsindən sonra yaranan qeyri-müəyyən vəziyyətdə NASA-nı təhlükəsizləşdirmək istəyirlər.

Qanun layihəsi beş il müddətində uzaq və yaxın kosmosun mənimsənilməsi üzrə NASA-nın planlarının müəyyən edilməsini nəzərdə tutur. Qanun layihəsinə əsasən, onun qəbulundan 3 ay sonra NASA aralıq məruzəsini təqdim etməlidir. Məruzədə Aya mümkün missiyalarla bağlı əsas məqsədlər, asteroidlər, Marsın peykləri və həmçinin başqa istiqamətlər qeyd olunmalıdır. Konqres üzvlərinin təşəbbüsü NASA və prezident Donald Trampın administrasiyasında aktiv dəstək qazanıb.

“Constellation” proqramını xatırlayaq. Onun həyata keçirilməsinə respublikaçı kiçik Corc Buş dövründə - 2004-cü ildə başlanmışdı. Layihə 2020-ci ildən gec olmadan ABŞ-ın Aya qayıtmasını, bundan sonra Marsa insanın göndərilməsini nəzərdə tuturdu. Demokrat prezident Barak Obamanın təşəbbüsü ilə proqram 2010-cu ildə maliyyə çatışmazlığına görə dayandırıldı.

Kiçik Buşdan fərqli olaraq, Obama SLS (Space Launch System) raket daşıyıcısı və “Orion” idarəolunan gəminin köməyi ilə NASA-ya Aya və Marsa insan göndərməməyi təklif edib. 2014-cü ildə pilotsuz rejimdə “Orion” gəmisi test məqsədilə işə salındı. 2018-ci ildə isə SLS-in ilk dəfə həqiqi istifadəsi planlaşdırılır.

SLS və “Orion”un ilk işə salınmasının dəyəri iki milyard dolları ötür. Bu məbləğ Trampı o qədər təəcübləndirdi ki, o, Mars proqramının bağlanması haqqında fikirləşdi. Xoşbəxtlikdən, Corc Marşal adına Kosmik Uçuşlar Mərkəzinin (SLS raket daşıyıcıları istehsal edilir) yerləşdiyi Alabama ştatı ABŞ Konqresinə təsir edə bilir. Buna görə də raketi və gəmini indi qasırğalardan başqa heç nə təhdid etmir.

Qeyd etmək lazımdır ki, NASA və Amerika aerokosmik sənayesinin bölmələri Trampın siyasəti ilə bağlı müzakirələrdən uzaq qalmağa çalışırlar.

NASA-nı yaxın vaxtlarda nə gözləyir? NASA-nın başçısı vəzifələrinin icra edən Robert Laytful bildirib ki, ən azından 2017-ci ilin aprelinə qədər idarə ştat rejimində, yəni daha əvvəl təsdiq edilmiş büdcə ilə işləyəcək. O, qeyd edib ki, əməkdaşları şayiələri diqqəti almamağa çağırıb. Digər tərəfdən, Konqres üzvləri, ekspertlər və mətbuat dəfələrlə bildirib ki, yeni administrasiya NASA-nın planlarına bəzi düzəlişlər edəcək.

Daha əvvəl keçmiş konqres üzvü, kosmik siyasət məsələləri üzrə Trampın məsləhətçisi Robert Uolker bildirib ki, Trampın kosmik sferada siyasəti real dəyişiklikləri gətirəcək. “Amerika özünə qlobal kosmik liderliyi qaytarmalı, texnologiyaları və iş yerlərini yaratmalıdır”, - o deyib.

Keçmiş prezident Barak Obama, elmi və kosmosu 2008-ci ildə özünün seçkiqabağı kampaniyasının əsas bəndlərindən biri etmişdi. Buna baxmayaraq, NASA-nın büdcəsi demək olar ki, Obamanın prezidentliyinin bütün dövründə daim kəsilirdi. Yalnız 2015-ci il istisna təşkil etdi. Büdcə gözlənilmədən 1,8 milyard dollar artırılmışdı.

Ən genişmiqyaslı ixtisarlar 2011-2012-ci illərdə oldu. Mars və Aya uçuş üzrə “Constellation” layihəsi ləğv edildi, planetlərin tədqiqatı üçün ayrılan vəsait 20 faizdən çox kəsildi.

Kosmik siyasət məsələləri üzrə Trampın məsləhətçisinin sözlərinə görə, Tramp administrasiyası Bill Klinton tərəfindən buraxılmış Kosmos üzrə Milli Şuranı yenidən yaradacaq. Şuraya vitse-prezident Maykl Pens başçılıq edəcək və ABŞ-ın bütün kosmik layihələrini əlaqələndirəcək.

Bütün bu layihələrin əsas məqsədi, Trampın məsləhətçisinin sözlərinə görə, yüzilliyin sonuna qədər bütün Günəş sisteminin öyrənilməsi və Marsda idarə edilən uçuş texnologiyalarının yaradılmasıdır. Bundan başqa, Uolker NASA-nın Aya qayıdışı ehtimallarını istisna etməyib.

Uzaq kosmosun mənimsənilməsi üzrə NASA-nın planları və növbəti maliyyə ilinə aid büdcənin yer aldığı qanun layihəsi ABŞ prezidenti tərəfindən artıq yaxın günlərdə imzalana bilər. Bu sənədlər demək olar ki, yaxın kosmos üzrə ölkənin mövcud mövqelərinə toxunmur. Eyni zamanda, Trampın məsləhətçiləri “riskin aşağı səviyyəsinə hamar keçidi” həyata keçirməyi məsləhət görürlər. Bu, keçid şəxsi kosmik stansiyaların xeyrinə Beynəlxalq Kosmik Stansiyadan tədricən imtina etməyi nəzərdə tutur. Trampın məsləhətçiləri ticarət modulunun yaradılmasından başlamağı təklif edirlər. Bu məsələləri NASA-nın yeni başçısı həll etməli olacaq. O, ictimaiyyətə kosmik agentliyin ətraflı inkişaf proqramını təqdim etməlidir. Hələ ki, bir çox şirkətlər öz layihələrinə maliyyə almaq üçün qeyri-müəyyənlik dövründən istifadə etməyə çalışırlar.

Hazırda diqqətin uzaq kosmosa və idarə edilən kosmonavtikaya yönləndirilməsi onu nəzərdə tutur ki, aşağı yer orbitinin mənimsənilməsi və yerətrafı kosmosda fəallığın bütün formaları tədricən şəxsi kosmik şirkətlərin öhtəsinə veriləcək. Xüsusi halda, Uolker bildirib ki, Tramp administrasiyası Beynəlxalq Kosmik Stansiyanın şəxsi şirkətlərə ötürülməsi imkanına baxacaq.

Bütün bu əlvan perspektivlərə baxmayaraq, Uolker NASA büdcəsinin əhəmiyyətli dərəcədə genişlənməsi imkanına şübhə edir.

Ömər Dağlı

Загрузка...

Xəbər lenti

DAHA ÇOX XƏBƏR
/body>