ABŞ Suriya müxalifətini raketlərlə təmin edəcək
Bizi izləyin

Dünya

ABŞ Suriya müxalifətini raketlərlə təmin edəcək

ABŞ Suriya müxalifətini raketlərlə təmin edəcək

ABŞ Suriya rəhbərliyi ilə mübarizə aparan müxalif güclərinə hərbi yardımı artırmaq niyyətindədir.

Publika.az – ın xarici mətbuata istinadən verdiyi məlumata görə, Vaşinqton Suriya prezidenti Bəşər Əsədə qarşı döyüşən müxalif güclərə raketlərin göndərilməsini nəzərdə tutan pilot proqramını açıqlayıb.

ABŞ mətbuatının yazdığına görə, son dövrlər rejim gücləri qarşısında ağır itkilər verən və son olaraq Xümsdən geri çəkilmək məcburiyyətində qalan müxalifətə raketlər veriləcək. “USA Today” qəzetinə danışan səlahiyyətlilər “Vaşinqton bu pilot proqramı həyata keçirməklə nə dərəcədə uğurlu olacağına baxacaq” deyib.

ABŞ səlahiyyətliləri keçən həftə bildirmişdi ki, müxalifətə silah yardımının 27 milyon dollar artırılması planlaşdırılır. Ötən həftə ABŞ-a gedən Suriya inqilabi və müxalifət qüvvələrinin milli koalisiyasının rəhbəri Əhməd Carba da ABŞ-dan vətəndaş müharibəsinin nəticəsinə təsir edə biləcək silahlar tələb etmişdi.

Suriya müxalifəti əlindəki silahlar da artıq əvvəlki kimi adi silahlar deyil. Suriya müxalifətinin silahlandırılması ilə bağlı bir çox qadağaların olmasına baxmayaraq, bir müddət əvvəl internetdə onların ən yeni silahlarla təhciz edildiyini göstərən görüntülər yayılmışdı. Belə ki, Türkiyənin də dəstəklədiyi Suriya Azad Ordusunun yüksək rütbəli liderlərindən olan Salim İdrisə yaxınlığı ilə tanınan “Hazm” hərəkatı ABŞ istehsalı olan tankvuran “TOW” raketləri əldə edə bilib.

Sözügedən silahların “Hazm” hərəkatının əlinə keçməsini göstərən görüntülər “YouTube” vasitəsilə yayılıb. Raketlərin müxalifətin əlinə necə keçdiyi məlum deyil. Amma daha çox Səudiyyə Ərəbistanı üzərində dayanılır. ABŞ-ın istehsal etdiyi tankvuran raketlərin alıcıları arasında Türkiyə və Səudiyyə Ərəbistanı ilə yanaşı təxminən 40 ölkə var. Raketlərin başqa bir ölkəyə satılması da qadağa edilib.

Salih İdrisə bağlı olan Ali Hərbi Şura ABŞ Konqresinin qərarına uyğun olaraq bu ölkədən silah alan yeganə müxalif qrup statusundadır. “TOW” raketlərini üçüncü bir ölkəyə çatdırılmasına icazə verməyən ABŞ-ın bu silahların Suriya müxalifətinə verilməsindən xəbərsiz olduğu da güman edilmir.

İddialara görə, ABŞ prezidenti Barak Obama mart ayının sonunda Səudiyyə Ərəbistanına etdiyi səfərində Suriya müxalifətinə tankvuran raketlərin çatdırılması ilə bağlı Kral Abdullahla razılıq əldə edib. Raketlərin “Hazm” hərəkatının əlinə keçməsini göstərən videolar bu görüşdən dörd gün sonra internetə yüklənilib.

Səudiyyə Ərəbistanı ötən ilin dekabrında 15 min “TOW” raketi almaq üçün ABŞ-la razılaşma əldə edib.

“TOW” raketləri “tank qatili” olaraq tanınır. Bu silahların müxalifətin əlinə keçməsindən sonra müxalifət-rejim qarşıdurmasında az da olsa tarazlıq yaranacağı proqnozlaşdırsa da bu baş verməyib. Bunu görən ABŞ rəhbərliyi hərbi yardımın artırılması istiqamətində ciddi addımlar atmaq niyyətindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm