Gecə klubunda atışma: 1 ölü, 14 yaralı - (YENİLƏNİR)
Bizi izləyin

Dünya

Gecə klubunda atışma: 1 ölü, 14 yaralı - (YENİLƏNİR)

Hadisənin təfərrüatlar barədə məlumat verilmir.

Bu gün ABŞ-ın Ohayo ştatında gecə klubunda atışmanın detalları məlum olub.

Tsintsinnati şəhərindəki “Kameo” gecə klubunda ən azı 2 nəfər klubdakı insanları atəşə tutub.

Nəticədə 1 nəfər ölüb, 14 nəfər yaralanıb. Yaralılardan bir neçəsinin durumu ağırdır. Polis kapitanı Kim Uilyams bildirib ki, bu, indiyə qədər gördüyü “ən pis hadisə” olub.

Olayla bağlı saxlanılanlar barədə hələ məlumat açıqlanmayıb. Hazırda polis olayla bağlı araşdırmanı davam etdirir.

***

ABŞ-ın Ohayo ştatında gecə klubunda atışma baş verib.

Publika.az "TASS"a istinadən verdiyi məlumata görə, atışma nəticəsində 1 nəfər ölüb, 13 nəfər isə yaralanıb.

Hadisə Tsintsinnati şəhərinin "Kameo" gecə klubunda baş verib.

Hadisənin təfərrüatlar barədə məlumat verilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm