Dünya
Tramp:" Sizin artıq Ağ evdə gerçək dostunuz və sponsorunuz var"
ABŞ lideri Donald Tramp, ölkənin ən fəal lobbilərindən sayılan Milli Tüfəng Cəmiyyətinin (NRA) Atlantadakı tədbirinə qatılıb. ABŞ prezidentlərindən ən son 1983-cü ildə Ronald Reyqanın qatıldığı tədbirə son dövr ABŞ prezidentlərindən ilk Tramp qatılıb.
Publika.az xəbər verir ki, Tramp tədbirdə Obamanın hakimiyyətdə olduğu dövrü silahların təcavüz dövrü adlandırıb. Vətəndaşların silah əldə etmə hüququna toxunan Tramp ABŞ Konstitusiyasının 2-ci maddəsinə istinad edərək, hər kəsin silah əldə etmə hüququnu müdafiə edəcəyini bəyan edib.
Sələfi Barak Obamadan fərqli olaraq Tramp "Obama dövrü sona çatdı. Artıq sizin Ağ evdə gerçək dostunuz və sponsorunuz var" deyib.
Hakimiyyətə gəldiyi gün məktəblərdə və hərbi bazalarda silahdan təmizlənmiş əraziləri yenidən nəzərdən keçirəcəyini demişdi. Təxminən 325 milyon insanın yaşadığı ABŞ-da adam başına birdən çox silah düşür.
Vətəndaşların çox asan şəkildə silah əldə etmələri Demokratlar və Respublikaçılar arasında çox ciddi müzakirələrə səbəb olub. Demokratlar silah əldə etmə hüququnun məhdudlaşdırılmasının lazım olduğunu müdafiə edərkən, Respublikaçılar isə ümumiyyətlə, bu hüququn hər bir halda qorunmasının lazım olduğunu bəyan edir.
Könül Cəfərli
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi