Mosulda qadınların niqab geyinməsinə qadağa qoyuldu
Bizi izləyin

Dünya

Mosulda qadınların niqab geyinməsinə qadağa qoyuldu

İraq hökuməti təhlükəsizlik məqsədi ilə Mosul şəhərində qadınların niqab geyinməsinə qadağa qoyub.

İraqın Mosul şəhərində qadınların niqab geyinməsinə qadağa qoyulub.

Publika.az xarici KİV-lərə istinadən xəbər verir ki, hökumət qadağanın təhlükəsizlik məqsədilə qoyulduğunu açıqlayıb.

Bildirilib ki, qadağa İŞİD terrorçularının niqab geyimi altında gizlənmə ehtimalı ilə əlaqədardır.

Bundan başqa, saat 18.00-dan etibarən şəhərdə motosikletlə hərəkət etmək qadağan olunub.

Həmçinin, elektron cihazlar mağazalarının sahiblərinə mobil telefon və sim-kart alıcılarının kimliyini qeydə almaq tapşırılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm