Kadırov homoseksuallığa görə Merkeli və Makronu Qroznıya ÇAĞIRDI
Bizi izləyin

Dünya

Kadırov homoseksuallığa görə Merkeli və Makronu Qroznıya ÇAĞIRDI

Çeçenistanın rəhbəri Ramzan Kadırov Fransa prezidenti Emmanuel Makronu və Almaniya kansleri Angela Merkeli homoseksuallarla bağlı vəziyyətlə yaxından tanış olmaq üçün Qroznıya dəvət edib.

Publika.az
xəbər verir ki, Kadırov Çeçenistanda homoseksualların qətlə yetirildiyi haqda deyilənləri böhtan adlandırıb.

“Bu informasiyalar böhtandır. Makronla Merkel vəziyyətlə tanış olmaq üçün Çeçenistana gələ bilərlər. Qapımız açıqdır”, - deyə o bildirib.

Qeyd edək ki, Rusiya KİV-i Çeçenistanda homoseksualların kütləvi həbs və öldürülməsi haqda məlumat yaymışdı. Bundan sonra Qərb liderləri Rusiya prezidenti Vladimir Putinə narahatlıqlarını bildirib.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm