Putin Ərdoğana zəng etdi
Bizi izləyin

Dünya

Putin Ərdoğana zəng etdi

Rusiya prezidenti Vladimir Putin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğana zəng edib.

Publika.az “Sputnik” agentliyinə istinadən xəbər verir ki, bu haqda Kremlin mətbuat xidmətindən bildirilib.

Məlumata görə, Putin həmkarının “Türk axını” qaz boru kəməri layihəsinin icrası çərçivəsində dərin sulardakı boru döşəmə əməliyyatına başlandığını söyləyib.

Telefon söhbətində həmçinin “Akkuyu” Atom Elektrik Stansiyasının inşası müzakirə olunub. Putin stansiyanın ilk blokunun müəyyən olunan tarixə qədər istifadəyə veriləcəyini deyib.

Qeyd edək ki, “Türkcaxını” ilə yalnız Türkiyəyə deyil, həm də cənubi və cənub-şərqi Avropanın qazla təchizatı nəzərdə tutulub. Qaz kəmərinin iki xətti (hər biri üzrə 15,75 milyard kubmetr olmaqla biri Türkiyə, digəri Avropa üçün) üzrə nəqli planlaşdırılan təbii qazın illik həcmi 31,5 milyard kubmetr təşkil edəcək.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm