Merkeldən Avropaya ÇAĞIRIŞ: "Fəallaşın!"
Bizi izləyin

Dünya

Merkeldən Avropaya ÇAĞIRIŞ: "Fəallaşın!"

Almaniyanın kansleri Angela Merkel Avropa dövlətlərini Suriya və Liviyada vəziyyətin nizamlanmasında fəal iştirak etməyə çağırıb.

APA-nın məlumatına görə, bunu A.Merkel “Brigitte” jurnalına müsahibəsində bəyan edib.

“Bəzi məsələlərdə biz avropalılar fəal deyilik. Misal üçün, SuriyaABŞ-ın yox, bizim astanamızdadır. Biz də Suriyada sülh nizamlanmasında iştirak etməliyik. Qaçqınlar Suriyadan Avropaya gəlir. Daha bir vacib məsələ Liviya ilə bağlıdır. Bir dövlət kimi Liviya mövcud deyil, oradan da Avropaya miqrant axını müşahidə olunur. Avropalı olaraq biz məsuliyyətimizi hiss etməli, gözləməməliyik ki, kimsə gəlib bizim problemlərimizi həll edəcək”, deyə A.Merkel qeyd edib.

O, həmçinin ABŞ-la ekoloji və azad ticarət məsələlərində qarşılıqlı anlaşmanın olmamasını vurğulayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm