ABŞ 12 ölkədə əməliyyat keçirdi - FOTO
Bizi izləyin

Dünya

ABŞ 12 ölkədə əməliyyat keçirdi - FOTO

ABŞ Federal Təhqiqatlar Bürosu (FBI) Amerika, Kanada, Fransa, İngiltərə, Belçika, İtaliya, Almaniya, Xorvatiya, Avstriya, Moldova, Finlandiya və Çində eyni zamanda irimiqyaslı əməliyyat həyata keçirib.

Əməliyyat nəticəsində “Blackshades” adlı pirat proqramından istifadə edən 100-dən çox haker həbs edilib.

Qeyd edək ki, “Blackshades” proqramı kompüterləri uzaqdan nəzarətə almağa imkan verən bir proqramdır. 40 dollara “Qara bazar”da satılan bu proqram vasitəsilə uzaqdan hər hansı kompüterə daxil olaraq, istifadəçinin bütün məlumatlarını oğurlamaq mümkündür.

Kompüter sahibinin xəbəri olmadan “Blackshades”dən istifadə edənlər girdikləri kompüterin veb-kamerasını açaraq, onun sahibini də izləyə bilirlər. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm