İraq Təlafər üzərinə hücuma keçib
Bizi izləyin

Dünya

İraq Təlafər üzərinə hücuma keçib

İraq quru qoşunları, özünü İslam Dövləti (İD) adlandıran qrupun nəzarətində qalan Təlafər şəhərini geri almaq məqsədi ilə hücuma keçib, rəsmilər bildirir.

Təlafər, İD qrupunun hələ də nəzarətində olan bir neçə İraq şəhərindən biridir.

Hücum ərəfəsi televizya ilə yayılmış çıxışında Baş nazir Heydər əl-Abadi cihadçılara müraciət edərək deyib ki, onlar "təslim olmalıdırlar, əks halda öldürüləcəklər".

Milli.Az BBC-yə istinadən bildirir ki, İraq ordusu Təlafər əməliyyatına başlamazdan əvvəl, iyul ayında İD-nin istehkamı sayılan Mosulu geri götürüb.

Mosul şəhəri Təlafərdən şərq istiqamətində 55 km məsafədə yerləşir.

Əsasən, şiələrin yaşadığı Təlafar şəhərini İD qruplaşması 2014-cü ildə ələ keçirmişdi.

Təlafər şəhəri Mosulu Suriya ərazisi ilə bağlayan magistral yol üzərində yerləşir.

İD əleyhinə qüvvələr koalisiyasının təxminlərinə görə, Təlafərin özündə və şəhər ətrafında 50,000-dən 100,000-dək mülki əhali qala bilər.

Hücumdan əvvəl İraq hərbi təyyarələri bir neçə gün ərzində şəhərdə yerləşən İD mövgelərini havadan bombalayıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm