Dünya
Merkel Türkiyəni Avropa İttifaqının tərkibində görmür
Almaniya kansleri Angela Merkel hesab edir ki, hazırda Türkiyə üçün Avropa İttifaqının tərkibində yer yoxdur.
Publika.az xəbər verir ki, bunu o, bazar günü Almaniyanın Nazirlər Kabinetinin rəhbəri postuna namizəd olan sosial-demokrat Martin Şultsla debatlar zamanı deyib.
"Türkiyəni Aİ-nin tərkibində görmürəm və heç vaxt görməmişəm", - deyə o qeyd edib.
Kanslerin sözlərinə görə, Berlin bu yaxınlarda Türkiyədə Almaniya vətəndaşlarının yaxalanması və münasibətlərin pisləşməsinə "iqtisadi tədbirlərin köməkliyi ilə" cavab verə bilər.
Eyni zamanda AFR kansleri bu fikir ayrılıqlarının fonunda Türkiyə ilə diplomatik əlaqələri kəsmək niyyətində olmadığını bildirib: "Mən hazırda Türkiyə ilə diplomatik münasibətləri kəsmək niyyətində deyiləm". (report)
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi