NASA-nın "kompüter qadını" 99 yaşını qeyd edir: "Sayıla biləcək hər şeyi saydım”
Bizi izləyin

Dünya

NASA-nın "kompüter qadını" 99 yaşını qeyd edir: "Sayıla biləcək hər şeyi saydım”

“Hər şeyi saydım. Yoldakı pilləkanları, kilsəyə çıxan pilləkanları, yuduğum qabları və gümüş əşyaları… Sayıla biləcək hər şeyi saydım”.

Bu sözləri 2015-ci ildə “Milli Azadlıq” mükafatına layiq görülən Katerina Conson deyib.

Publika.az xəbər verir ki, ABŞ-ın Vircinya ştatında dünyaya gələn riyaziyyatçı alim saylara aşiq olan bir araşdırmaçı olub.

Katerinanın atası qızının nə qədər istedadlı olduğunun fərqinə varıb və onun təhsil ala bilməsi üçün başqa şəhərə köçüb. Qərbi Vircinya Akademiyasında göstərdiyi nəticə Katerinanın bütün həyatını dəyişib. O, 14 yaşında liseydən, 18 yaşında isə universitetdən məzun olub.

1958-ci ildə NASA-dan öncə fəaliyyət göstərən “Milli Hava Qurumu”nda (NACA) işə başlayan riyaziyyat dühası bu şirkətdə kosmik gəmilərin trayektoriyasını hesablayıb. Yəni, bu gün kompüterin asanlıqla həyata keçirdiyi prosesi həmin dövrdə məhz K.Conson edib.

K.Conson 1953-cü ildə ABŞ astronavtı Alan Şepardın idarə etdiyi kosmik gəminin orbitini də eynən bir kompüter cihazı kimi hesablayıb.

NASA-nın elektron kompüterlərdən istifadəyə başlamasına rəğmən, “Dostluq 7” adlı əməliyyatın astronavtı olan Con Qlenn orbit hesablamalarını məhz Katerinanın aparmasını istəyib.

K.Consonun gördüyü işlərin “Apollo 11” kosmik gəminin Aya uğurlu eniş etməsində böyük rolu olub.

ABŞ-ın keçmiş prezidenti Barak Obama tərəfindən mükafatlandırılan və bu gün 99 yaşını qeyd edən “NASA-nın kompüteri” hələ də şirkətin işlərində fəal iştirak edir.

Zümrüd

Oxumağa davam et
Reklam
Reklam

Gündəm