“Küçələrdəki qan hər şeyi dəyişdirir”- Ukrayna Avropadan təcrid oluna bilər
Bizi izləyin

Dünya

“Küçələrdəki qan hər şeyi dəyişdirir”- Ukrayna Avropadan təcrid oluna bilər

“Küçələrdəki qan hər şeyi dəyişdirir”- Ukrayna Avropadan təcrid oluna bilər

“Təhlükəsizlik qüvvələrinin nümayişçilərə odlu silahdan atəş açdığı təsdiqlənərsə, Avropa İttifaqı Ukrayna ilə rəsmi münasibətləri dondura bilər”.

Publika.Az –ın BBC-nin Ukrayna bölməsinə istinadən verdiyi məlumata görə, bu sözləri Avropa Parlamentinin vitse-spikeri Yatsek Protaseviç deyib.

Avropa Parlamentinin rəsmisi Ukraynadan gələn xəbərlərdən şoka düşdüyünü bildirib. “Təhlükəsizlik qüvvələrinin nümayişçilərə odlu silahdan atəş açdığı təsdiqlənərsə, o halda Ukrayna və Avropa İttifaqının münasibətləri kardinal şəkildə dəyişəcək. Ukrayna ilə dialoq təhdid altındadır və bu gün dayandırıla bilər”, - Y.Protaseviç vurğulayıb.

“Küçələrdəki qan hər şeyi dəyişdirir”, - siyasətçi əlavə edib.

Qeyd edək ki, Ukrayna mediası dünən qarşıdurmalarda ölənlərin sayının 4-ə çatdığını xəbər verib. Onların odlu silahdan açılan atəş nəticəsində öldüyü bildirilir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm