Ukraynanın yeni baş naziri kim olacaq?
Bizi izləyin

Dünya

Ukraynanın yeni baş naziri kim olacaq?

Ukraynanın yeni baş naziri kim olacaq?

Ukrayna baş naziri Arseni Yasenyuk vəzifəsində qalacaq.

Publika.az - ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə Ukraynada prezident seçkilərində qələbə qazanması artıq şübhə doğurmayan Pyotr Poroşenko bildirib.

O, baş nazir Yasenyukun vəzifəsindən istefası üçün heç bir əsas görmədiyini deyib. Poroşenko qeyd edib ki, mövcud qanunvericilikdə yeni prezidentin seçilməsi ilə əlaqədar baş nazirin istefası nəzərdə tutulmayıb.

P.Poroşenko ümidvar olduğunu ifadə edib ki, A.Yasenyukla bundan sonrakı əməkdaşlıq kifayət qədər effektli ola bilər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm