“Türkiyə bizə bir kağız imzalatdı və...”- Suriyalı müxalifətindən iddia
Bizi izləyin

Dünya

“Türkiyə bizə bir kağız imzalatdı və...”- Suriyalı müxalifətindən iddia

“Bizə imzalanmaq üçün bir kağız verildi. Burada Suriya rejimi və “İraq-Şam İslam Dövləti"ndən ola biləcək bir hücum ehtimalından bəhs edilirdi. Kağızı verənlər Suriya rejiminin avtomobilə yerləşdirilmiş partlayıcı, “İraq-Şam İslam Dövləti"nin isə bir kami

Fəaliyyətini Türkiyədə davam etdirən Suriya Milli Koalisiyasının nümayəndələri hücum təhlükəsi ilə qarşı-qarşıya olması barədə xəbərdar edilib.Publika.Az –ın verdiyi xəbərə görə, bu barədə “Röyters” xəbər agentliyinə danışan Suriya Milli Koalisiyasının yüksək rütbəli üzvlərindən biri bildirib.

“Bizə imzalanmaq üçün bir kağız verildi. Burada Suriya rejimi və “İraq-Şam İslam Dövləti"ndən ola biləcək bir hücum ehtimalından bəhs edilirdi. Kağızı verənlər Suriya rejiminin avtomobilə yerləşdirilmiş partlayıcı, “İraq-Şam İslam Dövləti"nin isə bir kamikadze ilə hücum təşkil edə biləcəyini ifadə etdilər”, - müxalifət nümayəndəsi söyləyib.

Müxalifətin digər iki mənbəyi də sözügedən hücumdan xəbərdar edildiklərini təsdiqləyib. Onlar sənədin özlərinə bir neçə həftə əvvəl çatdırıldığını ifadə edib.“Röyters”ə danışan Türkiyə Xarici İşlər Nazirliyinin sözçüsü isə yazılı bir xəbərdarlıqdan xəbərinin olmadığını, ancaq təhlükəsizlik güclərinin Suriya Milli Koalisiyasının üzvləri ilə davamlı şəkildə təmasda olduğunu qeyd edib.

“Röyters” Suriya müxalifətinin son vaxtlar təhlükəsizlik səbəbi ilə Türkiyədəki toplantılarını gizli şəkildə və müxtəlif yerlərdə keçirdiyinə diqqət çəkir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm