Sakit Okeanda 7,3 bal gücündə zəlzələ
Bizi izləyin

Dünya

Sakit Okeanda 7,3 bal gücündə zəlzələ

Sakit Okeanda Yeni Kaledoniya sahillərində 7,3 bal gücündə zəlzələ baş verib, sunami təhlükəsi var.

Publika.az "RİA Novosti"yə istinadən xəbər verir ki, bu haqda ABŞ Geoloji xidməti xəbər verir.

Təkanlar UTC vaxtı ilə bazar günü saat 22.43-da qeydə alınıb. Zəlzələnin episentri Tadin şəhərindən 69 kilometr şimal-şərqdə yerləşib, ocağı 25 kilometr dərinlikdə olub.

Dağıntılar, ölən və yaralanlar haqqında məlumatlar daxil olmayıb.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm