​​​​​​​Gülənin 45 tərəfdarı üçün 22 ölkəyə müraciət ediləcək - SİYAHI
Bizi izləyin

Dünya

​​​​​​​Gülənin 45 tərəfdarı üçün 22 ölkəyə müraciət ediləcək - SİYAHI

Ankara Cinayət Məhkəməsi Fəthullahçı Terror Təşkilatının (FETÖ) 45 üzvünün 22 ölkədən ekstradisiyası haqqında sorğunun hazırlanması ilə bağlı Türkiyənin Ədliyyə Nazirliyinə müraciət edib.

Publika.az xəbər verir ki, bu haqda “Anadolu” agentliyi bildirib.

Sorğuların 15-i (həmçinin FETÖ lideri Fəthullah Gülən barəsində) ABŞ hakimiyyətinə göndəriləcək.

Ölkələrin siyahısında, həmçinin Böyük Britaniya, Almaniya, Belçika, Norveç, Niderland, Malta, Albaniya, Türkmənistan, Qırğızıstan, Qazaxıstan, Özbəkistan, İsrail, Kamboca, Tailand, BƏƏ, Madaqaskar, Mozambik, CAR, Misir və Burkina-Faso var.

Türkiyənin ədliyyə naziri Əbdülhəmid Gül isə bildirib ki, Ankara Fətullah Gülənin ekstradisiyası tələbi ilə ABŞ-a 7 sorğu göndərib. Nazirin sözlərinə görə, 3 noyabr 2017-ci il tarixindən ABŞ-a onun təhvil verilməsi ilə bağlı yeddi sorğu və müvəqqəti həbsinə dair ayrı bir sorğu ünvanlanıb.

O əlavə edib ki, bununla yanaşı Türkiyədə Gülənə qarşı məhkəmə prosesi davam etdirilir.

Qeyd edək ki, qiyamçılar qrupu 16 iyul 2016-cı il gecəsi Türkiyədə hərbi çevrilişə cəhd edib. Türkiyə hakimiyyəti çevriliş cəhdində FETÖ-nü ittiham edir.

Ömər

Oxumağa davam et
Reklam
Reklam

Gündəm