Dünya
İran hadisələrinin SİRRİ AÇILDI: ABŞ-ın əsl hədəfi başqadır
“İrandakı hadisələrin əsas hədəfi Çindir. Hadisələr
İranda yox, Əfqanıstanda nəzarətdən çıxacaq. ABŞ yeni super güc
olan Çinin dünyaya açılan qapısını – Əfqanıstanı bağlamaq
istəyir”.
Publika.az xəbər verir ki, bu barədə İbni Haldun
Universitetinin beynəlxalq əlaqələr şöbəsinin dosenti Talha Köse
deyib.
Onun sözlərinə görə, Trampın İrana qarşı hərəkətə keçəcəyi əvvəldən
məlum idi.
“Gözlənilirdi ki, İranı daxildən qarışdıraraq, qarşısını alacaqlar.
Əsas problem bankların çökməsindən sonra başlandı. Bu, cəmiyyətdə
ciddi narazılıq yaratdı. Mümkündür ki, Amerika sistemli şəkildə
İranda sabitliyi pozmaq üçün bu cür addımlar atıb. Digər tərəfdən,
Suriyada və Yəməndə böhranın davam etməsi də İrana təsir edir.
Hədəf İranın xarici siyasətinin qarşısını almaqdır. Etirazlar
səngimiş kimi görünür, lakin bu, başlanğıc nöqtəsidir”, - deyə o
bildirib.
T.Köse hesab edir ki, hadisələr İranda yox, Əfqanıstanda nəzarətdən
çıxacaq: “Bir qrup İŞİD-çinin də ora getməsi bunun siqnalıdır.
Məqsəd İpək Yolu layihəsi üzərindəki ölkələrin – Əfqanıstan,
Mərkəzi Asiya, İran və s. – qarışdırılmasıdır. Suriyadan İŞİD-çilər
Əfqanıstana göndərildi. Gözləniləndir ki, Əfqanıstanda gərginlik
başlayacaq və bunun hədəfi də İpək Yolu layihəsi, yəni Çindir.
Çünki ABŞ-ın yeni hədəfi Çindir”.
Asif
-
Nida Xəbər 18:55
Ermənistanla sərhəddə işlərin 35 faizi yerinə yetirildi
-
Magazin118:00
"Elgiz və Zaur verilişinə getmək üçün mənə pul verir"
-
Nida Xəbər 17:25
İlham Əliyev Almaniyada mühüm tədbirdə çıxış etdi - Yeniləndi
-
Rəsmi xronika16:53
İlham Əliyevin Almaniya XİN rəhbəri ilə görüşü keçirildi
-
Nida Xəbər 16:06
İrəvandan Tehrana tərs şillə: Yeni qaz kəməri çəkilməyəcək
-
Rəsmi xronika15:18
Azərbaycanla Ermənistan arasında... - İlham Əliyev
-
Sağlamlıq14:56
Bu qan qrupuna aid olan insanlarda insult riski YÜKSƏKDİR
-
Dünya14:01
Sensasion iddia: Asiyada müharibə bu paslı gəmiyə görə başlayacaq - FOTO