“Mehmetcik”in düşmənləri itkiləri gizlədə bilmədi – FOTO
Bizi izləyin

Dünya

“Mehmetcik”in düşmənləri itkiləri gizlədə bilmədi – FOTO

Türkiyə Silahlı qüvvələri və Azad Suriya Ordusunun (ASO) Suriyanın Afrin bölgəsində həyata keçirdiyi “Zeytun budağı” əməliyyatı 3-cü günündə davam edir.

Publika.az Türkiyə KİV-inə istinadən xəbər verir ki, hava əməliyyatı nəticəsində YPG terrorçularının 153 hədəfi yerlə-yeksan edilib.

Terrorçular itkilərini gizlətməyə çalışsa da, sosial şəbəkələrdə dərc edilən fotolar onların ciddi itkilərlə üzləşdiyini göstərir. Sosial şəbəkələrdə yayılan şəkillərdə 20-dən çox terrorçunun dəfn edildiyi əksini tapıb.

Qeyd edək ki, yanvarın 20-də başlayan “Zeytun budağı” əməliyyatın gedişatında 11 kənd YPG terrorçularından təmizlənib. Hərbi birliklər Afrində 8 kilometr irəliləyə biliblər. Bu gün isə Türkiyə Silahlı Qüvvələri Azezdən hücuma keçib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm