Separatçıların lideri Jirinovskidən məsləhət aldı
Bizi izləyin

Dünya

Separatçıların lideri Jirinovskidən məsləhət aldı

Separatçıların lideri Jirinovskidən məsləhət aldı

“Donetsk Xalq Respublikası hökumətinin həmsədri” Denis Puşilin hazırda Moskvadadır.

Publika.az-ın News.ru saytına istinadən verdiyi məlumata görə, separatçıların lideri Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski ilə görüşüb.

Partiya sədri, D.Puşilin ilə şəklini “twitter” səhifəsində paylaşıb və “Denis Puşilin Moskvadadır” yazıb. Separatçıların liderinin Ukrayna-Rusiya sərhədini neçə keçdiyi isə məlum deyil.

News.ru xatırladır ki, D.Puşilin Ukrayna Baş Prokurorluğunun xahişi ilə məhkəmə tərəfindən axtarışa verilib. D.Puşilin 2014-cü il mart-may aylarında “Donetsk Xalq Respublikası” terror təşkilatının yaradılması, terrorizm fəaliyyəti, vətəndaşların qətli və inzibati binaların tutulmasına görə ittiham olunur.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm