Ərdoğanın helikopteri 3 nəfəri yaraladı
Bizi izləyin

Dünya

Ərdoğanın helikopteri 3 nəfəri yaraladı

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğana məxsus helikopter eniş edərkən 3 nəfəri yaralayıb.

Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğana məxsus helikopter eniş edərkən 3 nəfəri yaralayıb.

Ölkənin Rizə vilayətindən səmaya qalxan helikopter Artvin Şəhər Meydançasına eniş etmək istəyib.

Ərdoğanın da içində olduğu 3 helikopter bu zaman həmin ərazidə olan üç nəfərin müxtəlif bədən xəsarətləri almasına səbəb olub.

Hadisəyə helekopiterin küləyinin səbəb olduğu bildirlir. Belə ki, helekopterin küləyi meydançada olan müxtəlif inşaat materillarını oradakı jurnalist, polis məmuru və inşaat işçisinin üzərinə atıb.

Nəticədə onlar müxtəlif bədən xəsartələri alıblar. Yaralılar yaxınlıqdakı xəstəxanaya aparılıblar.

İlkin tibbi yardımdan sonra onlar evə buraxılıblar. /Ans/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm