Dünya
ABŞ İraqa 300 hərbi məsləhətçi göndərir
ABŞ İraq ordusunu “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı mübarizəyə hazırlamaq üçün ölkəyə 300 hərbi məsləhətçi göndərəcək.
Publika.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, bu barədə ABŞ prezidenti Barak Obamanın özü bildirib.
Bununla belə, B.Obama ABŞ hərbçisinin heç bir halda İraqda döyüşməyəcəyi fikrini təkrarlayıb. “On minlərlə əsgər göndərərək İraqın problemlərini həll etməyimiz mümkün deyil”, – ABŞ prezidenti deyib.
İraq hökuməti Vaşinqtondan Bağdadın şimalını ələ keçərən İŞİD-ə qarşı havadan zərbələrin endirilməsini istəmişdi. Bağdadın bu istəyinə cavab olaraq Obama hava əməliyyatlarına hazır olduğunu bildirib. ABŞ prezidenti İraqda kəşfiyyat fəaliyətini gücləndirdiyini də dilə gətirib.
Xatırladaq ki, ABŞ-ın “F-18” qırıcıları dünən İraq üzərində uçuşlara başlayıb. Qırıcıların ABŞ-ın Fars körfəzindəki “Corc Buş” təyyarədaşıyan gəminin göyərtəsindən qalxdığı bildirilir. Bildirilir ki, ABŞ qırıcılarının kəşfiyyat missiyası prezident Barak Obamanın İraqa “İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatına qarşı mübarizədə yardım sözü verdikdən sonra başlayıb.
Barak Obama administrasiyasının həm idarə olunan, həm də pilotsuz təyyarələrin uçuşuna icazə verdiyi deyilir.
Ömər Dağlı
-
Magazin123:26
Xumar Qədimova daha bir məşhur şeiri mahnıya çevirdi - VİDEO
-
İnanc23:02
Həcc ziyarəti ilə bağlı zəvvarlara XƏBƏRDARLIQ
-
Region22:37
Başqa çıxış yolumuz yoxdur - Paşinyan
-
Hadisə21:47
Dörd aylıq körpə binadan necə düşüb? - Hadisə yerindən GÖRÜNTÜLƏR
-
Magazin121:35
Günelə nə olub? - Xəstəxanadan görüntüsünü paylaşdı və... - FOTO
-
Hadisə21:10
Qırmızı işıqda keçən nazirin maşını aşdı - FOTO
-
Magazin120:22
Müğənni Yalının qohumu sevgilisi tərəfindən qətlə yetirildi - FOTO
-
Dünya19:57
Zelenski onu yeni vəzifəyə təyin etdi