İraq ordusu neft mədənini xilas etdi
Bizi izləyin

Dünya

İraq ordusu neft mədənini xilas etdi

İraq ordusu əməliyyatlar nəticəsində İŞİD-in ələ keçirdiyi Bəycidəki neft mədənini işğaldan azad edib.

Publika.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, srağagün vəhhabilərdən ibarət İŞİD (İraq Şam İslam Dövləti) terror təşkilatı İraqın ən böyük neft mədəni olan Bəycidəki neft mədənini işğal etmişdi.

İraq ordusu ilə İŞİD arasında elan olunan atəşkəsdən sonra terror təşkilatı mədəndə çalışan minlərlə işçini azad etmişdi. Lakin bu saatlarda İraq ordusunun həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində neft mədəni geri alınıb.

Vüsal Tağı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm