Lavrov “soyqırım” abidəsini ziyarət etdi
Bizi izləyin

Dünya

Lavrov “soyqırım” abidəsini ziyarət etdi

Ermənistanda rəsmi səfərdə olan Rusiya xarici işlər naziri Serqey Lavrov bu gün qondarma erməni soyqırımı “qurbanları”nın xatirəsinə ucaldılmış memorial kompleksi“Sisernakaberd”i ziyarət edib.

Publika.az-ın verdiyi xəbərə görə, rusiyalı nazir abidənin önünə çələng qoyub.

Qeyd edək ki, Rusiya xarici işlər naziri bazar günündən Ermənistan paytaxtındadır.

Rusiya Federasiyası Dövlət Duması isə 1995-ci ildə “erməni söyqırımı”nın tanınması barədə qətnamə qəbul edib.

Erməni ekspertləri isə Lavrovun səfərini, sadəcə, İrəvanı yola vermək kimi xarakterizə edirlər. Onların fikrincə, Lavrov Azərbaycan səfərinə görə Ermənistana gəlib və bu, sadəcə görüntü yaratmaq üçündür.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm