“Qarabağı birmənalı şəkildə itirəcəyik, əgər…” – Yerevana çağırış
Bizi izləyin

Dünya

“Qarabağı birmənalı şəkildə itirəcəyik, əgər…” – Yerevana çağırış

“Əgər Ermənistan Avrasiya İqtisadi İttifaqına daxil olmayacaqsa, o halda, birmənalı olaraq Qarabağı itirəcəyik”.

Publika.az-ın erməni mediasına istinadən verdiyi məlumata görə, bu sözləri “A1+” televiziya şirkətinin sahibi Mesrop Movsisyan “Ermənistanın Avrasiya seçimi və Avropa perspektivləri” mövzusunda keçirilən müzakirələr zamanı deyib.

Rusiyanın problemlər içində batdığını deyən M.Movsisyanın fikrincə, Moskva onları Ermənistanın boynundan asmağa hazırdır. “Rusiyaya tərəf gedərək biz nəyi itirəcəyik? Birmənalı şəkildə biz Qarabağı itirəcəyik”,- telekanal sahibi bildirib.

M.Movsisyan həmçinin qeyd edib ki, “ya-ya” ( Ya Avropa, ya da Avrasiya) siyasəti ən yaxşı variant idi. Ancaq o Ermənistanın belə bir imkanının olmadığını dilə gətirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm