Humanitar fəlakət: Şərqi Ukraynada aclıq başlayıb
Bizi izləyin

Dünya

Humanitar fəlakət: Şərqi Ukraynada aclıq başlayıb

Donetsk vilayətinin terrorçular tərəfindən işğal olunan Slavyansk rayonunda cəmi 40-45 faiz əhali qalıb.

Publika.az-ın unian.net saytına istinadən verdiyi məlumata görə, bu barədə “Yetimlərsiz Ukrayna” ittifaqının həmtəsisçisi, keşiş Pyotr Dudnik bildirib.

Onun sözlərinə görə, Slavyansk şəhəri tamamilə mühasirəyə alınıb, şəhərdə işıq yoxdur, su və qaz ilə isə qismən təmin olunub.

“Şəhərdə qalanların çoxu uşaq və qadınlardır. Fikrimcə, şəhərdə təxminən 40-45 faiz əhali qalıb. İnsanlar şəhərin fəvvarələrindən su olaraq istifadə edir. Rayonlar nə su, nə qaz, nə də işıq var. insanlara maaş və pensiyanı ödəmirlər, sosial maddi yardımlar artıq 2 aydır verilmir. İnsanlarda pul yoxdur, onlar aclıq çəkməyə başlayıblar”, - Dudnik qeyd edib.

“Yetimlərsiz Ukrayna” ittifaqının həmtəsisçisi şəhərə ərzaq yardım etməyə başladıqlarını bildirib: “Dərman çatışmazlığı ciddi hiss olunur. Demək olar ki, bütün apteklər bağlanıb. Açıq apteklərdən isə dərman almaq üçün insanlarda pul yoxdur. Dünən biz şəhərdə pulsuz apteki açdıq”.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm