Jirinovski: "Kürdüstan dövləti yaradılacaq"
Bizi izləyin

Dünya

Jirinovski: "Kürdüstan dövləti yaradılacaq"

Rusiya Liberal Demokrat Partiyasının lideri, deputat Vladimir Jirinovski gələcəkdə müstəqil Kürdüstan dövlətinin qurulacağını və ABŞ-ın Yaxın Şərqdə dayağı olacağını bildirib.

Axar.az xəbər verir ki, Rossiya-24 televiziya kanalına danışan Jirinovski İraqda yaşanan olaylardan bəhs edib.

Jirinovski İraqın 3 hissəyə parçalanacağını, Mosulun da Kürdüstanın paytaxtı olacağını söyləyib. Həmçinin Jirinovski bildirib ki, paytaxtı Bəsrə olan şiə və mərkəzi Bağdad olan sünni dövləti qurulacaq.


Gələcəkdə İran, Türkiyə və Suriyada olan kürd bölgələrinin də onlara qatılacağını deyən Jirinovski 40 milyonluq böyük Kürdüstan dövlətinin qurulacağını, Yaxın Şərqdə əhali baxımından sıxlığın meydana gələcəyini qeyd edib.

- See more at: http://axar.az/news/22419#sthash.HBqXTxtX.dpuf

Oxumağa davam et
Reklam
Reklam

Gündəm