Almaniya İraqa yardım edəcək
Bizi izləyin

Dünya

Almaniya İraqa yardım edəcək

Almanıya hökuməti İraq sakinlərinə yardım məqsədi ilə 2 milyon avro vəsait ayıracaq.

Publika.az-ın UNİAN-a istinadən verdiyi məlumata görə, Beynəlxalq Qırmızı Xaç Komitəsinin xətti ilə yönləndiriləcək bu vəsait ehtiyacı olan iraqlıların içməli su və tibbi yardımla təmin olunmasına xərclənəcək.

Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer bununla bağlı bildirib ki, İŞİD terrorçu qruplaşmasının hücumu ilə əlaqədar İraqda humanitar vəziyyət kəskin pisləşib. Belə ki, hərbi əməliyyatlar 640 min nəfər sakinin öz evlərni tərk etməsinə və ölkənin içərilərinə doğru qaçmasına səbəb olub.

Hazırda məcburi olaraq, köçürülməyə məruz qalmış 1,2 milyon insanın humanitar yardıma ehtiyacı var.

Nail Cəlil

Oxumağa davam et
Reklam
Reklam

Gündəm