Ukrayna şərqində toqquşmalar davam edir
Bizi izləyin

Dünya

Ukrayna şərqində toqquşmalar davam edir

Ukrayanada separatçılarla atəşkəs elan olunmasına baxmayaraq, bölgədən hələ də həyacan dolu xəbərlər gəlir.

Əhalinin Donetsk şəhərindən qaçdığı xəbər verilir. Şərqi Ukraynada həm də Rusiyanın birinci kanalının operatoru da öldürülüb.

Publika.az-ın məlumatına görə, Ukrayna prezidenti Poroşenkonun atəşkəs müddətini iyunun 30-a kimi uzatmasına baxmayaraq, ölkənin şərqində hələ də toqquşmalar davam edir. Ölkənin Müdafiə Nazirliyi Slavyanskda hərbi karvan yoldan keçən zaman hökümət qüvvələrilə separatçılar arasında baş verən atışmanı əks etdirən videokadrları yayımlayıb. Üsyançılarla döyüşlərdə son sutkalar ərzində 5 Ukrayna hərbçisinin həlak olduğu xəbər verilir. Separatçıların nümayəndəsi Ukrayna qoşunlarının Semyonovka və Slavyansk istiqamətində artileriya zərbələri endirdiyini və itkilərin olduğunu bildirib.

Donetskdə yerləşən hərbi hissənin ərazisində döyüş sursatlarının saxlanıldığı anbar partladılıb. Hərbçilər hissəni tərk etdikdən sonra partlayış baş verib.

Ukrayna Daxili İşlər Nazirliyinin məlumatında bildirilir ki, partlayış məhz anbara naməlum şəxslərin daxil olması zamanı baş verib. Daxili İşlər Nazirliyinin əhalini belə partlayışlara görə narahat olmamağa çağırıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm