Ukraynanın mümkün parçalanma xəritəsi
Bizi izləyin

Dünya

Ukraynanın mümkün parçalanma xəritəsi

Ukrayna prezidenti Viktor Yanukoviç bu gün Rusiya prezidenti Vladimir Putinlə görüşə bilər.Publika.Az –ın “Nezavisimaya gazeta”ya istinadən verdiyi məlumata görə, sosial şəbəkədə səhifəsində belə bir iddia ilə ukrayna politoloqu Yuri Romanenko çıxış edib.

Ukrayna prezidenti Viktor Yanukoviç bu gün Rusiya prezidenti Vladimir Putinlə görüşə bilər.Publika.Az –ın “Nezavisimaya gazeta”ya istinadən verdiyi məlumata görə, sosial şəbəkədə səhifəsində belə bir iddia ilə ukrayna politoloqu Yuri Romanenko çıxış edib.

İnformasiya rəsmən təsdiq edilməyib. V.Yanukoviç müxalifətə şənbə günü yeni hökuməti formalaşdırmağı təklif edib. Ukraynada hadisələrin inkişafı isə Ali Radanın sabaha təyin edilmiş fövqəladə iclasından asılı olacaq. Politoloq Y.Romanenkonun bir başqa informasiyasına görə, Rusiyanın “Qazprom” şirkətinin bu gün sərt bir bəyanatı olacaq.

“Hakimiyyət əleyhdarları Lvov, İvano-Frankovski, Ternopol, Çernoviski, Poltava və Vinnitsada yerli hakimiyyət orqanlarının binalarını ələ keçirib. Jıtomir, Çerniqov, Çerkask və Sumskda isə dövlət idarələrinin mühasirəsi davame dir. Regionlar Partiyası isə hələ ki Xarkov, Luqansk, Donetsk, Nikolayev, Odessa, Herson və Krıma nəzarət edir. Bu regionların yerli hakimiyyəti V.Yanukoviçi nümayişlərə qarşı sərt davranmağa çağırır. Ukraynanın şərqində də etiraz aksiyaları başlanıb. Ukraynanın xəritəsi artıq mümkün parçalanma xəttini göstərir”, - “Nezavisimaya gazeta”nın Ukrayna müxbiri Tatyana İvjenko bildirir.

Daxili İşlər Nazirliyinin rəhbəri Vitali Zaxarçenko dünən müxalifət liderlərinə müraciət edərək insanları Kiyevin mərkəzindən geri çəkməyə çağırdı. “Heç kim dinc nümayişlərə maneə olmayacaq. Nazir kimi sizə bunün üçün yardım etməyə zəmanət verirəm. Dövlət binalarında qalanlar bizim tərəfindən ekstremist qruplaşma hesab ediləcək. Biz güc tətbiq etməyə məcbur olacağıq”, - nazir bildirib. Amma bu bəyanat Kiyevin mərkəzinə toplaşan insanların sayını azaltmayıb, əksinə artırıb.

V.Yanukoviçin mövqeyi son hadisələrdən sonra gözəçarpacaq dərəcədə dəyişdiyi bildirilir. Ekspertlər hesab edirlər ki, cümə günü Prezident Administrasiyasının rəhbəri təyin edilmiş Andrey Kluyev dövlət başçısına təsir edir. Kiyevdə bildirirlər ki, o, qərarları ağıllı və sürətli şəkildə qəbul edən bəzi ukraynalı siyasətçilərindən biridir. Qeyd edək ki, V.Yanukoviç şənbə müxalifətin liderlərinə yüksək vəzifələr təklif edib. Təkliflərin nədən ibarət olmasını isə ədliyyə naziri Yelena Lukaş və Prezident Administrasiyası başçısının birinci müavini Andrey Portnov açıqladı. Onların sözlərinə görə, prezident Arseniy Yasenyuka hökumət başçısı, Vitali Kliçkoya isə baş nazirin humanitar məsələlər müavini postlarını təklif edib. Prezident həmçinin, etiraz aksiyalarında saxlanılan nümayişçiləri azad etməyə, həmçinin 16 Yanvarda qəbul edilmiş qanuna düzəlişlər etməyə söz verirdi.

Ən vacibi isə o idi ki, prezident Yanukoviç hakimiyyətə gəlişindən sonra 2010-cu ildə qəbul edilmiş Konstitusiyaya düzəlişlərin ləğvi üzrə işə başlamağa razılaşdı. Bu isə dövlət başçısının indiki geniş səlahiyyətlərindən imtina etməsi və ölkənin parlament-prezident modelinə qayıtması anlamına gəlir. Müxalifətdən isə regionlarda və Kiyevdə tutulan dövlət binaların təcili olaraq azad edilməsi, nümayişçilərin zorakılıq hərəkətlərini dayandırması tələb olunurdu.

Müxalifət isə hakimiyyətin təkliflərini qəbul etməyə tələsmir. O.Yasenyuk bildirib ki, müxalifət məsuliyyətdən qorxmur və hökumətə başçılıq etməyə hazırdır. UDAR Partiyasının rəhbəri V.Kliçko nümayişçilərlə qeyd edib ki, vaxtından əvvəl prezident və parlament seçkilərinin keçirilməsi əsas tələbləri kimi qüvvədə qalır. “Biz geri çəkilmirik. Biz Maydanda və regionlarda mövqelərimizi saxlayırıq. Burada ekstremistlər yoxdur. Biz öz hüquqlarımızı müdafiə edən sülh insanlarıyıq. Danışıqlar davam edir. Amma biz heç bir provokasiya ilə razılaşmayacağıq”, - partiya sədri söyləyib.

Ukraynada hakimiyyətin yeni formatı Moskva tərəfindən necə qarşılana bilər? Ukraynalı ekspertlər qeyd edirlər ki, bu format Rusiyanı qane edə bilməz. “Yeni hökumət hakimiyyətin bir başqa konfiqurasiyasıdır, başqa siyasətdir. Fakt odur ki, yeni konfiruqasiya Rusiyanın xeyrinə olmayacaq. Bu halda Ukrayna-Rusiya münasibətləri oktyabr-noyabr aylarındakı vəziyyətinə qayıda bilər: Ticarət baryerləri, gömrük məhdudiyyətləri, miqrant problem, birgə layihələrin dayandırılması və 17 Dekabr tarixində əldə olunan razılıqların icrasının dayandırılması”, - ekspert Maruniç deyib.

“Nezavisimaya gazeta”nın Kiyevdəki mənbələri də bildirir ki, bu gün V.Yanukoviç V.Putinlə yaranmış vəziyyəti müzakirə edəcək. Kiyev Siyasi Tədqiqatlar və Konfliktologiya Mərkəzinin rəhbəri Mixail Poqrebinski hesab edir ki, Ukraynada təxminən yarım il sonra yeni böhran başlaya bilər.

“Tutaq ki, Viktor Yanukoviç indi təslim olur. Müxalifət hakimiyyəti alır, Avropa Birliyi ilə assosiasiya və azad ticarət zonası haqqında razılaşmanı imzalayır və etiraz aksiyalarını maliyyələşdirir. Bundan sonra isə Rusiya sərhədləri bağlayacaq, ukraynalılar üçün xarici pasportla giriş tətbiq edəcək, Ukrayna müəssisələrinə sifarişləri ləğv edəcək, kredit verilişini dayandıracaq. Yarım il böhran yenidən başlayacaq”, - “Nezavisimaya gazeta”ya politoloq bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm