Rusiya üçün ekstremistlər, Avropa üçün demokratiya istəyənlər - İki baxış
Bizi izləyin

Dünya

Rusiya üçün ekstremistlər, Avropa üçün demokratiya istəyənlər - İki baxış

Ukrayna nümayişləri “vətəndaş müharibəsi” adlandıran Rusiya mediası birmənalı olaraq “Berkut” xüsusi təyinatlıların tərəfindədir. Rusiya KİV-inə görə nümayişçilər ekstremistlər və radikallardır.

Beynəlxalq media Ukraynada baş verənləri müxtəlif formada dəyərləndirir. Publika.Az –ın verdiyi xəbərə görə, Rusiya kütləvi informasiya vasitələri birmənalı olaraq “vətəndaş müharibəsi” təhlükəsinin olduğu xəbərdarlığı edir və nümayişlərin Ukraynaya pis təsir edəcəyini yazırlar.

Amma Avropa KİV-ləri nümayişlərə xalqın demokratik dəyişiklik istəyi kimi baxır və mənsub olduğu ölkənin siyasətçilərindən Ukraynaya etinasız yanaşmamağı xahiş edir. Almaniyanın “Der Spiegel” nəşri müxalifət lideri Oleq Yasenyukun baş nazir postunu rədd etməsindən Ukrayna hakimiyyətinin əsəbiləşdiyini yazıb.

Qərb KİV-ləri ölkələrinin Ukraynaya qarşı sanksiyaların qəbul etməsinin artıq zaman məsələsi olduğunu qeyd edirlər.Ukrayna nümayişləri “vətəndaş müharibəsi” adlandıran Rusiya mediası birmənalı olaraq “Berkut” xüsusi təyinatlıların tərəfindədir. Rusiya KİV-inə görə nümayişçilər ekstremistlər və radikallardır.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm