Dünya
Ticarət mərkəzində tərbiyəsiz uşaq və həyasız ana - FOTO
Çinin şimal-qərbindəki Lyaonin vilayətindəki ticarət mərkəzlərindən birində olay yaşanıb.
Milli.Az Xinhua-ya istinadən bildirir ki, mərkəzin işçilərindən biri, 45 yaşlı Lin Çen infrakt diaqnozu ilə xəstəxanaya aparılıb.
Səbəb isə həyasız ana və onun tərbiyəsiz uşağı olub.
Ticarət mərkəzinin menecerlərinin dediklərinə görə, təxminən 35 yaşlı qadın əri və 6 yaşlı oğlu ilə birlikdə meyvə-tərəvəz şöbəsində alış-veriş edirdi.
Bu zaman 6 yaşlı oğlan "Pəşovum var!" deyib. Anası da onun şalvarını aşağı çəkib, "Oğlum, utanma, islat buranı" deyib.
Anasının sözlərindən sonra uşaq meyvələrin üzərinə "islatmağa" başlayıb.
Bunu görən Lin Çen heyrətlənib, uşağa yaxınlaşaraq "Sən nə edirsən?!" deyib.
Uşaq da qadına "Rədd ol buradan, köpək! Mənə mane olma!" bağırıb.
Oğlunun səsinə gələn ana qışqırmağa başlayıb.
"Murdar adam! Oğlumdan nə istəyirsən?! Hamı bilir ki, uşaqlar pəşovu gələndə saxlaya bilmirlər. Üstəlik, pəşovu saxlamaq səhhətə ziyandır. Niyə uşağımı rahat pəşov etməyə qoymursan?!" - bağıran qadın yarım saat sakitləşməyib.
Mərkəzin işçiləri naçar qalaraq ondan üzr istəsələr də, qadın söyür, qışqırırdı.
Həddən artıq sinirlənən, amma heç nə deyə bilməyən Lin Çen qəflətən ürəyini tutaraq yerə yıxılıb.
Təcili yardımla xəstəxanaya aparılmış Lin Çeni müayinə edən
həkimlərin dediklərinə görə, qadını infrakt vurub.
-
Sosial18:50
Şəhidin yeganə qardaşı vəfat etdi, cinayət işi açıldı - FOTO
-
Art18:40
“Sehirli xalat"ın sehri nədə idi? - VİDEO
-
Sosial17:53
Bakıda ev fantastik qiymətə kirayə verilir - FOTO
-
Sosial17:17
Gəncə Şəhər Birləşmiş Xəstəxanasının vəzifəli şəxsi həbs olundu
-
Hadisə16:58
Hoteldə ölən dostlarla bağlı YENİ DETALLAR - FOTO
-
MDB16:43
Zelenskiyə qarşı terror planlaşdıran şəbəkə ifşa edildi: Daha kimləri öldürmək istəyiblər?
-
Sosial15:58
Novruz Məmmədov vəzifəsindən azad edildi
-
MDB15:07
Təhlükəsizlik qüvvələri əməliyyat keçirdi: Nazir rüşvət alarkən saxlanıldı