Üçüncü Dünya müharibəsi başlayacaq? – “Bəli” və “Xeyr” cavabı üçün 6 səbəb
Bizi izləyin

Dünya

Üçüncü Dünya müharibəsi başlayacaq? – “Bəli” və “Xeyr” cavabı üçün 6 səbəb

Birinci və ikinci dünya müharibələrinin başlanmasında Almaniya müstəsna rol oynadı. Ekspertlər isə hazırda hesab edir ki, üçüncü bir dünya müharibəsi olacaqsa, bu müharibədə əsas rolu Çin oynayardı.

Publika.az-ın verdiyi xəbərə görə, “The Times of India” qəzetinin yazarı Amitav Açarya bu günlərdə qələmə aldığı bir yazısında üçüncü dünya müharibəsinin baş verməyəcəyini bildirir və fikirlərini əsaslandırmaq üçün altı səbəb göstərir.

Polşanın “Polityka Globalna” nəşrinin siyasi eksperti Pyotr Voleyko isə dəlillərlə göstərməyə çalışıb ki, üçüncü dünya müharibəsi baş verə bilər. Həmin səbəblər aşağıdakılardır.

1.Çoxqütblülük

Amitav Açarya: Avropa 1914-cü ildə çoxqütblü idi. Amma hazırda Asiya “multipleks” təşkil edir. Çin, Hindistan, Yaponiya və ABŞ çoxsaylı əlaqələrlə bir-biri ilə bağlıdır.

Pyotr Voleyko: İqtisadi fikirlər, əlbəttə ki, qərarların qəbul olunmasına müsbət təsir göstərir. Ancaq Birinci Dünya müharibəsi ərəfəsində də əmtəə dövriyyəsinin həcmi tarixin ən yüksək göstəricilərinə çatmışdı. Müharibə isə baş verdi. Bəzi hallarda emosiyalar, millətçi hissləri və ayrı-ayrı şəxsiyyətlərin səhvləri iqtisadiyyatı ikinci plana atır.

2.Nüvə silahı sülhün qarantıdır

Amitav Açarya: Dünyanın əsas oyunçularının malik olduğu nüvə silahı hipotetik müharibənin başlanmasını xeyli çətinləşdirir.

Pyotr Voleyko: Amma biz həmçinin Kuba böhranını xatırlayırıq. SSRİ və ABŞ nüvə müharibəsində qarşı-qarşıya gələ bilərdi. Eyni zamanda, bu yaxınlardakı (1999-cu il) Hindistan və Pakistan arasında baş verən silahlı konflikti yada salmaq kifayətdir.

3.Müstəmləkə mübahisələrinin olmaması

Amitav Açarya: Avropa dövlətləri 1914-cü ildə yeni müstəmləkələr uğrunda mübarizə aparırdı. İndi müstəmləkəçilik tarixə qovuşub.

Pyotr Voleyko: Eyni zamanda, dövlətlər arasında faydalı qazıntılar, içməli su və kənd təsərrüfatı üçün yararlı torpaqlara sahiblik uğrunda ziddiyyətlər qalır. Asiyada iki damcı su uğrunda apardığı mübarizə Avropa müstəmləkəçilərinin apardığı mübarizəyə oxşayır. Senkaku kimi kiçik adalar üstündə mübahisələri də xatırlatmaq kifayətdir.

4.Müharibəyə cəmiyyətin reaksiyası

Amitav Açarya: Yüz il əvvəl elitanın verdiyi müharibə əmrləri cəmiyyətdə normal qəbul olunurdu. İndi isə o, ekstremal metod hesab edilir.

Pyotr Voleyko: Bunu ən azından Pakistan və Çin hərbçiləri barədə demək olmaz. Hərbçilər dövlət elitasının nümayəndələridir və onlar müharibəyə başlamaqdan imtina etməyəcəklər.

5.Təşkilatlar bizi qoruyacaq

Amitav Açarya: Yüz ilə əvvəl beynəlxalq təşkilatlar yox idi. Amma hazırda fəaliyyət göstərən beynəlxalq təşkilatlar dialoq üçün vasitələr təşkil edir və kommunikasiyanı sadələşdirir.

Pyotr Voleyko: Ən azından Asiyanın siyasi inteqrasiyası gələcəyin məsələsi olaraq qalır. BMT-nin qurulmasından bu yana dünyada onlarla beynəlxalq və regional təşkilatlar yaradıb. Onların heç biri regional müharibələrin qarşısını ala bilməyib. Bunu üçüncü dünya müharibəsi ilə bağlı edəcəyini də demək çətindir.

6. İqtisadiyyata zərbə vurmaq axmaqlıq olardı

Amitav Açarya: Asiya dövlətlərində hakimiyyətin qanuniləşdirməsi iqtisadi artımın təminatlarından asılıdır. Müharibə əksər hallarda iqtisadiyyatı dağıdır.

Pyotr Voleyko: Əgər əvvəlki tezislə mübahisə etsək, iqtisadiyyat bu siyahıda son yerlərdən birini tutur. Müharibəyə başlayanda liderləri əksər hallarda özünün və rəqibin imkanlarını düzgün qiymətləndirmir. Almanlar plana görə, Birinci Dünya müharibəsində fransızların öhdəsindən bir neçə aya gəlməli idilər. Almanlar İkinci Dünya müharibəsində bir neçə aya Sovet İttifaqı üzərində qələbəyə bel bağlayırdı. Amerikalılar güman etmirdilər ki, İraq işğalı bir neçə ilə davam edəcək, yaxud da Əfqanıstanda müharibəni on il çəkəcək.

Nədən potensial müharibə başlaya bilər? Məsələn, Hindistanda 2008-ci ildə Mumbay terror aktına cavab verməkdən çəkindi. Təsəvvür edək ki, millətçi Hindistan Xalq Partiyasının lideri Narendra Modinin hökumət başçısı oldu. Əgər Hindistan çox sərt cavab verərsə, münaqişəyə Pakistanın müttəfiqi Çini qoşula bilər. Hindistanın ənənəvi müttəfiqi Rusiya özünü necə aparacaq? Qorxulu ssenarilər kifayət qədərdir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm