“Masonic Center” üzvü olan məşhur bir azərbaycanlı iş adamı - İnanılmaz iddia
Bizi izləyin

Dünya

“Masonic Center” üzvü olan məşhur bir azərbaycanlı iş adamı - İnanılmaz iddia

Toplantıda iştirak etdiyi deyilən deyilən bəzilərin adı açıqlanmayıb. Onlardan birinin isə azərbaycanlı olduğu bildirilir:

“Gülən camaatının rəhbərləri camaata pul axıdan holdinqlərin nümayəndələrini də çağıraraq nəfəslərini yəhudi məbədində aldılar. MOSSAD agenti, Soros Fondu səlahiyyətlisi və yəhudi camaatının ən güclü iş adamının da qatıldığı toplantıda Ərdoğan hökumətinin necə devriləcəyi detalları ilə planlaşdırıldı”.

Publika.Az –ın verdiyi xəbərə görə, bu iddia ilə Türkiyənin “Takvim” qəzeti çıxış edib. ABŞ-ın dörd bir tərəfində fəaliyyət göstərən Gülən camaatı vəqflərinin ən güclülərindən olan Kaliforniya ştatındakı “Pacifica Institute”nin keçən ay ağlasığmaz bir əməkdaşlıq toplantısının keçirildiyi məkan olması məlum olub. Los-Anceles şəhərində yerləşən “Pacifica Institute”nin nüfuzlu idarəçilərindən birinin liderlik etdiyi toplantıda şəhərin ən zəngin mühitinin cəmləşdiyi “Beverly Hillsdəki Masonic Center” üzvlərinin də iştirak etdiyi bildirilir. Sual işarələri ilə dolu olan toplantı 1862-ci ildə tikilən və bütün ABŞ-ın ən əhəmiyyətli yəhudi mərkəzlərindən olan “Wilshire” Bulvar Məbədində reallaşıb.

“Toplantıya camaatın Türkiyə və dünyada fəaliyyət göstərən ən əhəmiyyətli dərnək və təşkilatlarının rəhbərləri qatılıb. Bundan başqa toplantıda camaata illərdir ki, pul axıdan Türkiyənin ən əhəmiyyətli holdinglərin rəhbər və nümayəndələri, Türkiyənin ən əhəmiyyətli televiziya kanallarından birinin idarəçisi iştirak etdi. Toplantının digər tərəfində yəhudi lobbisinin ağır topları var idi”, - “Takvim” yazır.

“Masonic Center” üzvü olan məşhur bir azərbaycanlı iş adamı, “Jewish Journal” adlı yəhudi qəzetinin rəhbəri Rob Esman, “Soros” Fonduna bağlı olan “Open Society Foundation”un səlahiyyətlisi Jak Levi, Las-Veqasda qumarxanaları və 40 milyard dollar sərvət sahibi yəhudi iş adamı Şeldon Adelson, İsrail prezidenti Şimon Peresin mənəvi oğulu olaraq tanınan ve MOSSAD agenti olduğunu etiraf edən Hollivudun ən məşhur prodüserlərindən olan Arnon Milçan və başqaları toplantıda idilər. İsrail baş naziri Benyamin Netanyahunun maliyyəçisi olan Ş.Adelsonun liderliyi ilə keçirilən toplantıda camaatın rəhbərləri, İstanbul sərmayəsinin əhəmiyyətli adları və yəhudi lobbisinin nümayəndələri tək mövzuda danışdılar: Rəcəb Tayyib Ərdoğan iqtidardan düşürülənə qədər Türkiyə əleyhinə kampaniya aparmaq.

Üç cəbhənin digər ortaq fikri 31 Mart bələdiyyə seçkiləri, prezident və parlament seçkilərində CXP-nin dəstəklənilməsi olub. Hətta bunun üçün Nyu-York, Kaliforniya və Vaşinqtonda CXP nümayəndəliklərin açılması qərarlaşdırılıb. ABŞ-dakı türk dərnəklərinə sızılması və “Türkiyədə böhran var” kampaniyasının başladılması nəzərdə tutuldu. 17 Dekabr əməliyyatı öncəsi keçirilən bu toplantının ardınca qərarlar bir-bir həyata keçirildi”, - Takvim yazır.

Qəzetin yazdığına görə, Gülən camaatının ABŞ-dakı ən əhəmiyyətli təşkilatlarından olan “Pacifica Institute” hər il onlarla seminar təşkil edir. Bu seminarlara mühaziçi olaraq tez-tez qatılan iki adın diqqət çəkdiyi bildirilir: Los-Ancelesdə fəaliyyət göstərən “Jewish Journal” yəhudi qəzetinin rəhbəri Rob Esman və “Santa Monica” sinaqoqun lideri Rabbi Jeff Marx. Esman və Marx seminarlarda türk şagirdlərə “Baş naziriniz Ərdoğan bizi qatil və əliqanlı olaraq tanıdır. Bizim silahla, qanla əlaqəmiz yoxdur” söyləyir.

Toplantıda iştirak edən şəxslər haqqında isə qısa məlumat aşağıdakı kimidir:

Arnon Milçan: Şimon Peresin mənəvi oğlu olara tanınır. MOSSAD agenti olduğunu illər sonra etiraf edən Hollivudun ən məşhur prodüserlərindən biridir.

Jak Levi: “Soros” Fonduna bağlı olan “Open Society Foundation”un səlahiyyətlisidir. Cənubi Kaliforniya Universitetinin professorudur. Cəmiyyətlər və dinlərarası dialoqla bağlı gördüyü işlər haqqında tez-tez Gülən təşkilatlarında məruzəçi kimi çıxış edir.

Şeldon Adelson: Las-Veqasda qumarxanaları və 40 milyard dollarlıq sərvət sahibi yəhudi iş adamıdır. İsrail baş naziri B.Netanyahunun yaxını və maliyyəçisi olaraq tanınır. Barak Obamanın İranla yaxınlaşmasına çox sərt şəkildə qarşı çıxan “İsrael HaYom” adlı qəzetinin sahibi Adelsonın adı üçün son vaxtlar tez-tez çəkilir.

Rob Esman: ABŞ-ın Los-Anceles şəhərində nəşr edilən “Jewish Journal” adlı yəhudi qəzetinin rəhbəridir. Camaat təşkilatlarına qatılaraq yəhudi xalqının əliqanlı qatillər olmadığını türk məktəblərindəki gənclərə danışır və baş nazir Ərdoğana qarşı kampaniya aparır.

Toplantıda iştirak etdiyi deyilən deyilən bəzilərin adı açıqlanmayıb. Onlardan birinin isə azərbaycanlı olduğu bildirilir:

Qadın 1: Türkiyənin ən böyük qruplarından birində koordinator olaraq vəzifə yerinə yetirir.

Bəy 1: Los-Ancelesdə yerləşən “Masonic Center” üzvü olan azərbaycanlı bir iş adamıdır. ABŞ-dakı dərin əlaqələri ilə də tanınır.

Bəy 2: Camaatın bütün dünyada milyarder rəhbərlərlə əlaqələrini izləyən nümayəndəsidir.

Bəy 3: Türkiyənin dənizçilik sahəsində ən tanınmış ailələrdən birinin üzvüdür. “100 ən zəngin” siyahısının da dəyişməz adlarından biridir.

Bəy 4: Türkdilli respublikalarda yəhudi sərmayəsinin ən əhəmiyyətli markalarının xüsusi distributorluğunu edən bir iş adamıdır.

Bəy 5: Türkiyənin ən təsirli televiziya kanallarından birinin rəhbəridir.

Bəy 6: Gülən camaatının Türkiyədə fəaliyyət göstərən gizli pul qaynaqlarından biridir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm