Terrorçuların liderinə “kassa”nı qaytarmaq üçün iki gün vaxt verdilər
Bizi izləyin

Dünya

Terrorçuların liderinə “kassa”nı qaytarmaq üçün iki gün vaxt verdilər

Bu aydan başlayaraq, Ukraynanın şərqində terrorçulara kifayət qədər böyük məbləğin ödənilməsi planlaşdırılır.

Publika.az-ın verdiyi xəbərə görə, bu barədə “Donetsk Xalq Respublikası”nın rəhbərlərindən biri İqor Qirkin “Röyters” xəbər agentliyinə bildirib.

Onun sözlərinə görə, silahlılar beş-səkkiz min qriven arasında “maaş” alacaqlar. Bu isə təxminən 420-680 dollar edir. İ.Qirkin “Donetsk Xalq Respublikası”nın müqavilə əsasında peşəkar ordu yaradacağını bildirib.

Bundan əvvəl isə Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurası məlumat yayıb ki, cinayət yoldaşları terror təşkilatın yoxa çıxan “kassa”sını geri qaytarmaq üçün iki gün vaxt verib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm