Alman kəşfiyyatı ABŞ agentlərinin ovuna başladı
Bizi izləyin

Dünya

Alman kəşfiyyatı ABŞ agentlərinin ovuna başladı

Almaniya kəşfiyyatı ölkə ordusunda ABŞ agenti axtarışına başlayıb.

Axar.az xəbər verir ki, bu informasiyanı alman mətbuatı hüquq-mühafizə orqanlarındakı etibarlı mənbələrinə istinadən yayıb.

Məlumatda Almaniya Müdafiə Nazirliyində daha bir agentin deşifrə edildiyini və hazırda onunla bağlı axtarış aparıldığı bildirilib.

Qeyd edək ki, bir müddət öncə Almaniyada əks-kəşfiyyat idarəsinin 31 yaşlı əməkdaşının ABŞ-a xidmət etdiyi aşkar edilmişdi. O 200-ə yaxın gizli sənədin nüsxəsinin Vaşinqtona ötürülməsində günalandırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm