İŞİD-ə qatılırıq, çünki…. – Şok səbəb
Bizi izləyin

Dünya

İŞİD-ə qatılırıq, çünki…. – Şok səbəb

Suriyaya “cihad” üçün gedən insanlar terror təşkilatları ilə əlaqəni sosial media vasitəsilə qurur.

Publika.az-ın “Milliyet” qəzetinə istinadən verdiyi məlumata görə, Türkiyə baş nazirinin köməkçisi Bülent Arınçın sosial media vasitəsilə əlaqə quraraq İŞİD-ə (“İraq Şam İslam Dövləti”) qoşulan türk gənclərinin olduğunu bildirib.

Suriyaya “cihad” üçün getdiklərini söyləyən insanlar istinad olaraq “Şam hədisləri”ni göstərir.

İŞİD-ə qoşulmaq üçün Türkiyədən Suriyaya gedənlər “Milliyyet”ə danışıb. Şərti adı S. Z. olan 35 yaşındakı şəxs bir müddət Suriyada İŞİD-in tərkibində vuruşub.

Gedişin səbəbini isə dinə olan həssaslıq və internet saytlarında çoxlu sayda dərc olunan “Şam hədisləri”ni göstərir. O, bu hədislərdə Suriyada yaşananlara işarə edildiyini bildirir. S.Z. hədislərdə Şam adlanan coğrafi əraziyə Türkiyənin Adana bölgəsinin də daxil olduğuna inanır.

S. Z. Suriyaya necə getdiyini və orada nələrin baş verdiyinə dair bunları danışıb: “Suriyada qarşıdurmalar başlayanda tanıdığım bir şəxs döyüşməyə getdi. Qayıdanda baş verənləri bizə danışdı. Kilisin Elbeyli mahalından qaçaqmalçılara 50 lirə verərək Suriyaya keçdim. İŞİD-ə qoşulmaq istədiyimi söylədiyim və sərhəddən keçirənlər məni bu insanlarla tanış etdi. Aylıq 100-200 dollar maaş verirdilər. Bir müddət burada qaldıqdan sonra müsəlman qrupların bir-birinə silah qaldırmasından narahat oldum və geri qayıtdım”.

Y. K. isə bir müddət İŞİD sıralarında döyüşdüyünü və yaralanaraq Türkiyəyə qayıtdığını bildirib. O, internetdəki tanışlıq saytlarında bir adamın “Şəriət olsaydı, deyirdiniz. Burada şəriət var, amma gəlmirsiniz. Sizin inancınız dilinizdədir. Şam hədislərinə baxın” sözlərindən sonra Suriyaya getməsinə qərar verdiyini bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm