Netanyahunun oğlunun sevgilisi ölkədə etiraz yaratdı
Bizi izləyin

Dünya

Netanyahunun oğlunun sevgilisi ölkədə etiraz yaratdı

İsrail baş naziri Binyamin Netanyahunun oğlunun yəhudi olmayan qızla sevgili olması ölkədə mühafizəkar təbəqələrin etirazına səbəb olub.

Baş nazirin 23 yaşlı oğlu Yair Netanyahunun universitetdə tanış olduğu 25 yaşlı norveçli Sandra Leikangerlə sevgili olduğu məlum olub. Cütlüyün birgə Norveçdə tətil keçirdiyi də deyilir. İsraildə isə “gələcək gəlin”in yəhudi olmaması müzakirələrə səbəb olub.

İfrat sağçı Şas partiyasının nümayəndəsi isə mövcud durumun baş nazirə də pis təsir etdiyini, eyni zamanda ölkəsində gözəl qız qıtlığının da olmadığını bildirib.

Digər ifrat sağçılardan olan “Leheva” təşkilatının lideri Bentzi Gopshtain Netanyahuya “nəvələrin yəhudi olmayacaq. Bu əlaqənin qarşısını al” çağırışını edib./“Qafqazinfo”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm