• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Hansı ərəb ölkəsi “İhsanoğlunu vəzifədən alın” dedi? – Davutoğludan şok iddia

  • Dünya
  • 12 İyul 2014 11:07
  • 549 Baxış
Hansı ərəb ölkəsi “İhsanoğlunu vəzifədən alın” dedi? – Davutoğludan şok iddia

Türkiyə xarici işlər naziri Əhməd Davutoğlu Cümhuriyyət Xalq Partiyası (CXP) və Milliyyətçi Hərəkat Partiyasının (MHP) vahid namizədi Ekmeleddin İhsanoğlu haqqında şok bir məlumatı açıqlayıb.

Publika.az-ın Türkiyə mediasına istinadən verdiyi məlumata görə, Ə.Davutoğlu bir ərəb ölkəsinin E.İhsanoğlunun vəzifədən alınmasını istədiyini bildirib.

Ə.Davutoğlu TRT kanalında prezidentliyə namizəd E.İhsanoğlunun Türkiyənin xarici siyasətinə yönəlik tənqidlərinə cavab verib: “İhsanoğlu prezident seçkisi kampaniyasını xarici siyasətin tənqidi üzərində qurmağa çalışır. Amma İhsanoğlunun tənqid etdiyi xarici siyasət onu İslam Əməkdaşlıq Təşkilatının baş katibi edən xarici siyasətdir. İhsanoğlunun 2004-cü ildə İslam Əməkdaşlıq Təşkilatının baş katibi olması onun arxasında baş nazir Rəcəb Tayyib Ərdoğanın dayanmasından qaynaqlanır. Türkiyədə AKP iqtidarı olmasaydı, Türkiyədən bir baş katibin seçilməsinə nail olmaq mümkün idimi?”

“Hansı ərəb ölkəsi ilə Türkiyə arasındakı əlaqələr məhz İhsanoğlunun mövqeyinə görə pisləşmişdir və hansı ərəb ölkəsi İhsanoğlunu vəzifədən alınması barədə bizə müraciət etmişdir? Bunları danışmağa başlasaq, o zaman kimlərin Türkiyənin Orta Şərq siyasətinə müsbət təsir etdiyi ortaya çıxar. Həmin vaxt da İhsanoğlunun arxasında Ərdoğan var idi. Əks halda, İhsanoğlu sonuna kimi vəzifəsində qalmaqda çətinlik çəkərdi”, - Davudoğlu müxalifətin vahid namizədinin rəsmi Ankaraya yönəlik tənqidlərinə cavab verib.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR