Fələstinli və yəhudi qadının 40 illik aksiyası... - FOTOLAR
Bizi izləyin

Dünya

Fələstinli və yəhudi qadının 40 illik aksiyası... - FOTOLAR

Şəkillərdə əllərində ingilis dilində yazılmış şüar tutan fələstinli ərəb və amerikalı yəhudi var.

Sosial şəbəkələrdə fələstinli və yəhudi qadının ortaq etirazını əks etdirən fotoşəkil yayılıb.

ANS PRESS-in xəbərinə görə, bu şəkil 3 fərqli tarixdə çəkilmiş 3 fotodan meydana gəlib.

Fotolardan biri 1973-cü ildə, 2-si 1994-cü ildə, sonuncusu isə 2001-ci ildə çəkilib.

Şəkillərdə əllərində ingilis dilində yazılmış şüar tutan fələstinli ərəb və amerikalı yəhudi var.

Ərəbin əlindəki şüarda “Mən Qüdsdə doğulmuş fələstinli ərəbəm. Fələstin mənim vətənimdir. Amma ora gedə bilmirəm” yazılıb.

Yəhudi qadının əlindəki şüarda isə “Mən Amerika yəhudisiyəm. İsrail mənim vətənim deyil. Amma ora gedə bilərəm” yazılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm