Malayziya təyyarəsindəki qəzadan son anda qurtulan cütlük
Bizi izləyin

Dünya

Malayziya təyyarəsindəki qəzadan son anda qurtulan cütlük

Şotlandiyadan olan ər-arvad “Malaysia Airlines”ə məxsus təyyarəyə möcüzə nəticəsində minməyiblər.

Publika.az Britaniyanın “The Telegraph” agentliyinə istinadən məlumat verir ki, körpə uşaqları ilə səyahət etməyə hazırlaşan Barri və İzi Sem cütlüyünə Amsterdam-Kuala Lumpur reysi ilə uçan hava laynerində yer tapılmayıb. Aeroport işçiləri onlara başqa reyslə uçmağı məsləhət görüblər.

Agentliyə müsahibə verən İzi Sem bildirib ki, onlar qəza ilə bağlı xəbəri eşidəndə şoka düşüblər: “Yəqin ki, göylərdə oturanlardan kimsə bizə baxıb və yazığı gəlib ki, bu təyyarəyə minməmişik. Axı məhz bu reyslə uçacaqdıq”.

İlqar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm